“Bəziləri Ramiz Mehdiyevin 2024 cü ildə rusca nəşr edilmiş kitabındakı tezislər əsasında mediaya təlimatlar verir...”
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Həmin təlimatdakı “ittiham edilməli” insanlar arasında mənim və başqa bir çox şəxsin adı hallanır...”
"Mən doğrudan da bu gün Ramiz Mehdiyevin dövlət aparatlarından tutmuş aşağı orqanlaradək, o cümlədən Milli Məclisdə onun davamçılarının olduğuna əmin oldum. Bu adamlar əl altdan, bəlkə də elə onun tapşırığıyla çirkin siyasətlərini davam etdirirlər və bunun qarşısı alınmalıdır..."
“Bunların aradan qaldırılmasının bir yolu var: Lüstrasiya haqqında qanun qəbul olunmalıdır... Bu, o vaxtdan qəbul olunmalıydı ki, işğalçı imperiya rejimi ilə əməkdaşlıq edənlər, onun xüsusi orqanlarıyla əməkdaşlıq edənlər müəyyənləşsin, onların dövlət vəzifələrində işləməsi qadağan olunsun. Onlar da bilsinlər ki, onların satqınlığı, çuğulçuluğu artıq dövlətə, cəmiyyətə məlumdur. Və bundan sonra...”
Son vaxtlar müxtəlif media vasitələrində Azərbaycan Xalq Cəbhəsinin guya SSRİ DTK, başqa sözlə, “KQB” tərəfindən yaradılması haqda açıqlamalar, yazılar dərc edilir. Məsələn, 1988-ci ilin payızındakı məşhur Meydan Hərəkatının aparıcı isimlərindən biri kimi tanınan Nemət Pənahlı son açıqlamalarından birində deyir ki, AXC-nin ilk idarə heyətinin əksər üzvləri “KQB” agenti olub...
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında 1989-cu ilin uyulunda yaradılmış AXC-nin İdarə Heyətinin 16 üzvündən biri olmuş istiqlalçı deputat Etibar Məmmədov maraqlı fikirlər və faktlar səsləndirdi:
“Nemət Pənahlı bu açıqlamasının, necə deyərlər, bir az barıtını çox edib. Çünki belə fikirlər irəli sürüldükdə qeyri-iradi qarşılıqlı ittihamlar da meydana çıxır. Bir tərəf o birini "KQB agenti" adlandırırsa, digər tərəf də onu eyni şəkildə suçlayır və nəticədə, heç bir sübutu olmayan belə iddialar insanlarda inamsızlıq yaradır və cəmiyyət bundan əziyyət çəkir. İnsanlarda öz ideya rəhbərlərinə, ümumiyyətlə, öz idollarına qarşı etibarsızlıq baş qaldırır. Və bu da ümumilikdə xalqın milli hisslərini, onun birliyini zəiflədir. Fikrimcə, belə iddiaların irəli sürülməsi heç bir fayda gətirməz. Təəssüf ki, son vaxtlar belə ittihamlar daha artıb və bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar...
Bir neçə gün əvvəl əlimə bəzi şəxslər tərəfindən bir sıra mətbuat orqanlarına verilmiş təlimat keçdi. Və həmin təlimatda bənd-bənd hansı tanınmış siyasi fiqurları nədə ittiham etmək haqda konkret göstərişlər verilir. Bu olduqca xoşagəlməz bir vəziyyətdir və faktiki Ramiz Mehdiyev siyasətinin davamıdır. Həmin təlimatdakı “ittiham edilməli” insanlar arasında mənim və başqa bir çox şəxsin adı hallanır. Mətbuat orqanlarının da əksəriyyəti təəssüf ki, azad və sərbəst olmadığından həmin göstərişləri yerinə yetirmək məcburiyyətində qalırlar. Nəticədə belə yazılar mətbuatda yayımlanır. Və bu gün də bir neçə mətbuat orqanında o tipli yazılar dərc edilib...
Onu da bildirmək istəyirəm ki, həmin təlimatlar nə qədər təəccüblü olsa da, Ramiz Mehdiyevin xəttinin davamı olmaqla yanaşı, cəmiyyətin düşüncə və məlumat axınına təzyiq göstərmək deməkdir. Və o da maraqlıdır ki, ötən 2024-cü ildə Ramiz Mehdiyevin çox az, cəmi 300 tirajla çıxmış, ən yaxın komanda üzvlərinə paylanmış və təsadüfən mənim də əlimə keçmiş rus dilində “Sudba qosudarstva v kontekste krutıx povorotov”( “Sərt döngələr kontekstində dövlətin taleyi”) kitabındakı bir çox tezislər bu günlərdə media qurumlarına verilmiş təlimatda bənd-bənd təkrar olunur. Bundan məntiqlə belə çıxır ki, Ramiz Mehdiyev bu gün də hələ mətbuat üzərində nəzarətini qoruyub saxlayır və deyilən kitabında irəli sürdüyü ideyalar və ayrı-ayrı şəxslərə yönəlmiş ittihamlar indi bəzi adamlar tərəfindən mətbuata təlimat kimi ötürülür... Bu, çox təhlükəli bir haldır və bunun qarşısı alınmalıdır...
O ittihamların içərisindəki ən diqqətçəkən ittihamlardan biri də 1992-1993-cü illərdə - AXC hakimiyyəti dövründə keçmiş “KQB” arxivlərinin açılmamasıyla bağlıdır. Onu deyim ki, həmin arxivlərin açılmasıyla bağlı elə həmin illərdə Milli Məclisdə bir neçə dəfə rəsmən tələb qoymuşam. Təəssüf ki, həmin arxivlər hələ də açılmayıb. Və nəticədə 30 ildən çoxdur ki, qarşılıqlı ittihamlar, böhtanlar davam edir...
Bunların aradan qaldırılmasının bir yolu var: Lüstrasiya haqqında qanun qəbul olunmalıdır. Bu, o vaxtdan qəbul olunmalıydı ki, işğalçı imperiya rejimi ilə əməkdaşlıq edənlər, onun xüsusi orqanlarıyla əməkdaşlıq edənlər müəyyənləşsin, onların dövlət vəzifələrində işləməsi qadağan olunsun. Onlar da bilsinlər ki, onların satqınlığı, çuğulçuluğu artıq dövlətə, cəmiyyətə məlumdur. Və bundan sonra da heç kəs bir-birinə qarşı “KQB” agenti-filan ittihamlarıyla çıxış edə bilməz. Ancaq bunlar örtülü, arxivlər bağlı qaldıqca belə ittihamlar davam edəcək və Ramiz Mehdiyev kimi adamlar da, hələ onların davamçıları da bundan sui-istifadə edəcəklər. Mən doğrudan da bu gün Ramiz Mehdiyevin dövlət aparatlarından tutmuş aşağı orqanlaradək, o cümlədən Milli Məclisdə onun davamçılarının olduğuna əmin oldum. Bu adamlar əl altdan, bəlkə də elə onun tapşırığıyla çirkin siyasətlərini davam etdirirlər və bunun qarşısı alınmalıdır...
Bir daha təkrar edirəm ki, siyasi meydanda qarşılıqlı ittihamların qarşısını almaq üçün arxivlər də açılmalı və Lüstrasiya qanunu da qəbul olunmalıdır ki, gündə bir şəxsə qulluq edən ayrı-ayrı fərdlər meydan sulamasınlar...”
Etibar Məmmədov onu da qeyd etdi ki, Ramiz Mehdiyevin təxminən 500 səhifəlik sözügedən kitabına yalnız yarım gün müddətində baxa bilib. Kitabda sovet dövründən bəri Azərbaycanda baş vermiş əsas siyasi hadisələr, o cümlədən 1988-ci ildən başlanmış Milli Azadlıq Hərəkatı, AXC-nin yaranması, Qarabağ savaşları və s. haqda danışılır. Maraqlıdır ki, o kitabda da Ramiz Mehdiyev AXC-nin “KQB” tərəfindən yaradıldığını bildirir...
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 09 Dekabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















