Bıçaqla qulağımı kəsdiyi üçün öldürülən PÜNHANIN davası hələ də gedir
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə iş materiallarında olan sənədlərin tədqiqinə başladığını elan etdi. Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək, məhkəmədə şahid kimi ifadə verən iki nəfər və mərhum barəsində ayrı cinayət işi ilə bağlı məlumat almaq üçün, eləcə də təqsirləndirilən şəxslərin məhkəməyə cəlb edilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinə sorğu göndərilməsini istədi. Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin edib. Daha sonra hadisə yerinin videogörüntülərinə baxılıb. Bundan sonra məhkəmənin 1 dekabra təyin edilməsi elan olunub.
Xatırladaq ki, 2024-cü il martın 14-ü, saat 14:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev şübhəli şəxs qismində tutulub.
Fərqanə Novruzova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















