Bilalhəbaşi Nəzərov Avropa çempionatında medalı təmin etdi
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
İdman.Biz xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Çexiya idmançısı Filip Horvatla qarşılaşıb.
Nəzərov rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb və özü üçün azı bürünc medalı təmin edib.
Daha əvvəl Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) də yarımfinala yüksələrək azı bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı U-23 Avropa çempionatına noyabrın 24-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:Bilalhəbaşi Nəzərov beynəlxalq turnirdə ikinci oldu
01 Mart 2026 22:38
Bilalhəbaşi Nəzərov dünya birinciliyində gümüş medal qazanıb
04 Noyabr 2024 18:45
Bilalhəbaşi Nəzərov “Strandja”da finala vəsiqə qazanıb
28 Fevral 2026 21:48
Bilalhəbaşi Nəzərov: “Titulumu qorudum, növbəti hədəfim olimpiya medalıdır” VİDEO
13 Oktyabr 2025 16:49
Bilalhəbaşi Nəzərov: “Erməni boksçuya qarşı döyüşüm karyeramın ən məsuliyyətli anı idi”
02 Mart 2026 13:39
Baxış sayı:106
Bu xəbər 21 Noyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















