Icma.az
close
up
RU
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edildi

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edildi

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı" qəbul edilib.
Bizim.Media xəbər verir ki, bəyanatda tərəflər 1992-ci ildə diplomatik münasibətlərin təsis edilməsindən etibarən Azərbaycanın və Vyetnamın hər iki dövlətin rifahı naminə qarşılıqlı etimad, bərabərlik və qarşılıqlı hörmət əsasında güclü, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurduqlarını qeyd ediblər.
Onlar qarşılıqlı etimadın, suverenliyin, ərazi bütövlüyünün, daxili işlərə qarışmamanın və beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ciddi riayət etmənin ikitərəfli əlaqələrin möhkəm təməli olduğunu vurğulayıblar.
Dövlət başçıları 2025-ci ilin 7 may tarixində qəbul edilmiş Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatda əks olunan prinsiplərə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Sənəddə tərəflər Azərbaycan Respublikası Prezidentinin rəsmi səfərinin Azərbaycan və Vyetnam arasında ənənəvi dostluğun daha da möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, əməkdaşlığın aşağıdakı prioritet istiqamətləri barədə razılığa gəliblər:
Siyasi və diplomatik münasibətlər:
Ali səviyyəli səfərlər də daxil olmaqla, qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsi, bütün səviyyələrdə mübadilə və əlaqələrin gücləndirilməsi, həmçinin hər iki dövlətin müvafiq orqanları arasında yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarının araşdırılması,
Strateji tərəfdaşlığın müddəalarının həyata keçirilməsində hər iki qanunverici orqanın rolunun artırılması üçün parlament əməkdaşlığının genişləndirilməsi, eyni zamanda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişaf etdirilməsi.
İqtisadi, ticarət, enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlıq:
Prioritet sektorlarda, xüsusilə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın təşviqi, ikitərəfli iqtisadi mexanizmlərin səmərəliliyinin artırılması,
Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsulları üçün bazara çıxışın asanlaşdırılması, kənd təsərrüfatında qabaqcıl texnologiyalar və tətbiqlərin dəstəklənməsi,
İqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və yaşıl inkişaf üzrə birgə proqramların həyata keçirilməsi,
Mədənçıxarma və alüminium sənayeləri sahələrində əməkdaşlığın genişləndirilməsi,

Neft və qaz sahəsində əlaqələrin gücləndirilməsi, eləcə də enerji məhsullarının təchizatında əməkdaşlığın genişləndirilməsi, xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı üçün uzunmüddətli razılaşmaların əldə edilməsi,
Nəqliyyat (dəmiryolu, quru yol, hava və dəniz) bağlantıları sahəsində təcrübə mübadiləsinin aparılması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməklə əməkdaşlığın fəal təşviqi.
Müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq:
Müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, hüquq-mühafizə orqanları arasında məlumat və təcrübə mübadiləsinin artırılması, mütəşəkkil və transmilli cinayətkarlığın, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alverinin, kibercinayətkarlığın və qarşılıqlı narahatlıq doğuran digər təhlükəsizlik təhdidlərinin və çağırışlarının qarşısının alınması və onlarla mübarizədə əlaqələndirmənin gücləndirilməsi.
Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq:
Turizm axınlarının, ticarət dövriyyəsinin və insanlararası mübadilənin artırılması məqsədilə Azərbaycan və Vyetnam arasında birbaşa uçuşların təşkilinin təşviqi,
İncəsənət və turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni və tarixi mübadilələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, o cümlədən hər iki dövlətin əyalət və şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulmasının təşviqi, 
Təhsil sahəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi, qarşılıqlı tələbə təqaüdlərinin verilməsi, həmçinin birgə tədqiqat layihələrinin icrası və tələbələr və tədqiqatçılar üçün davamlı mübadilə mexanizmlərinin yaradılması.
Çoxtərəfli əməkdaşlıq:
Beynəlxalq və regional təşkilatlar, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əlaqələndirmənin genişləndirilməsi və qarşılıqlı dəstəyin təmin edilməsi, həmçinin Azərbaycan ilə ASEAN və onun üzv dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi. (Report.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Noyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri