Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

“Bildiyimə görə, minatəmizləmə agentlikləri işğaldan azad ərazilərdə insanlara öz əzizlərinin məzarlarını ziyarət etməkdə kömək edirlər...”

“Bildiyimə görə, minatəmizləmə agentlikləri işğaldan azad ərazilərdə insanlara öz əzizlərinin məzarlarını ziyarət etməkdə kömək edirlər...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bunu əvvəl də demişəm, mina hadisələrinin  95 faizində günah insanların özündə olur. Təəssüf ki, insanların əksəriyyəti məsuliyyətsiz davranır. Biri deyir ki, “mənim atam filan yerdə qiymətli bir əşya basdırıb- gedib onu qazıb çıxarmalıyam. Digəri deyir ki,  babam həyətimizdə qoz ağacı əkib- onun barından dadmalıyam. Və s.  və i.a..."

“Əvvəla, insan atdığı hər bir addımın nə ilə nəticələnə biləcəyini öncədən fikirləşməlidir. Hökumətimiz, xüsusən də minaların təmizlənməsi ilə məşğul olan qurumlar çalışır ki, əvvəlcə yaşayış məntəqələrini və qəbiristanlıqlar minalardan təmizlənsin. Amma bütün bu işləri eyni vaxtda görmək mümkün deyil — bu planlı şəkildə həll olunur. İşin gedişi dövlət strukturlarından, xüsusi təlimat və texnikalardan asılıdır. Hansısa qurum özbaşına gedib məsələn, Ağdam rayonunun Qalayçılar kəndini və onun qəbiristanlığını minalardan təmizləyə bilməz. Çünki bildiyimə görə, həmin kənddə yaxın 2-3 ildə heç bir tikinti  işi planlaşdırılmır. Eləcə də Sarıcalı, Xıdırlı kəndlərinin üç tərəfi minalıdır”.

Bu fikirləri Moderator.az-a açıqlamasında işğaldan azad torpaqlardakı qəbiristanlıqların minalardan təmizlənməsinin vacibliyi, eyni zamanda insanların öz təhlükəsizliyini qorumasının da zəruriliyindən danışan tanınmış Qarabağ qazisi, peşəkar hərbçi Azay Kərimov dilə gətirib.

Keçmiş döyüşçü tabor komandiri hesab edir ki, mina faciələrinin əksəriyyətindən günah insanların özündə olur:

“İkincisi, bunu əvvəl də demişəm, mina hadisələrinin  95 faizində günah insanların özündə olur. Təəssüf ki, insanların əksəriyyəti məsuliyyətsiz davranır. Biri deyir ki, “mənim atam filan yerdə qiymətli bir əşya basdırıb- gedib onu qazıb çıxarmalıyam. Digəri deyir ki,  babam həyətimizdə qoz ağacı əkib- onun barından dadmalıyam. Və s.  və i.a.  İnsanlar bəzən şəxsi mənafeyi,  nəfsinin istəyini önə çəkib təhlükəni nəzərə almırlar. Bu da işləri çətinləşdirir — insanların nizam-intizamla, təhlükəsizlik qaydalarına riayət edərək davranması çox vacibdir. 

Qarabağın işğal dövründə minaların daha çox basdırıldığı düzən ərazilərində mal-qoyun üçün otlaq sahəsi çoxdur. Ot isə yazda-yayda dizdən yuxarı olur. Yəni ayağının altı da görünmür. Bəziləri  heyvanlarını otarmaq və ya sadəcə əkin-biçin işləri yerinə yetirmək üçün  həmin otlaqlara daxil olur və  özlərini labüd mina təhlükəsi ilə üz-üzə qoyur”. 

Qarabağ qazisi hesab edir ki, minatəmizləmə agentlikləri insanların müraciətlərini nəzərə alıb zəruri hallarda onlara kömək edirlər.

“Bildiyimə görə,  işğaldan azad edilmiş torpaqlarda öz dədə-babalarının, əzizlərinin məzarını ziyarət etmək istəyən insanlar  mina təmizləmə agentliklərinə, onların yerlərdəki bazalarına müraciət edib minadan təmizlənməmiş ərazilərdəki qəbiristanlıqlara daxil olmaqda kömək istəyəndə həmin qurumlar onlara yardım edirlər. Məsələn, Cəbrayılın kəndlərindən birində bir qrup insan qəbiriştanlıqları təmizləmələrindən ötrü yardım edilməsi üçün minatəmizləmə agentliyinə müraciət edib. Onlara dəstək üçün xüsusi bir qrup ayrılıb və qəbiristanlıq minalardan da. kol-kosdan da təmizlənib. 

Mən Qarabağda gəzərkən diqqət etdim, bir çox yerlərdə mina təhlükəsi işarələri, plakatları qoyulub, bəzi yerlərdə, xüsusən keçmiş minalanmıış təmas xətti olan ərazilərdə keçilməz məhəccərlər qoyulub, təhlükəsizlik tədbirləri gücləndirilib. Amma bəzi yerlərdə də bu cür tədbirlər yoxdur. Təhlükəsizlik çox vacibdir. Bu məsələnin həlli üçün sistemli yanaşma və düzgün planlaşdırma lazımdır”, -deyə Azay Kərimov diqqətə çatdırıb.

“Onu da bir daha xatırladım ki, bəzi yerlərdə ermənilər çıxarkən əllərində partlayıcı nə varsa, hamısını torpağın altına necə gəldi basdırıblar, xəritə isə yoxdur. Xəritə olmadan iş görmək mümkün deyil — hər santimetr, hər kvadratmetr diqqətlə yoxlanılmalıdır. Bu haqda Nazirlər Kabinetinin qərarı var  və məsələ aidiyyəti qurumların diqqətindədir və onların nəzarətindədir.

Xüsusilə dağlıq ərazilərdə vəziyyət çətindir: bəzi yerlərə texnika girə bilməz, maşın çıxa bilməz. Texnika işləsə də, insan əli ilə yoxlanılma mütləqdir — hər qarış, hər addım diqqətlə yoxlanmalıdır. Bu, hamımızın məsuliyyətidir.

Bir peşəkar hərbçi kimi insanlara bir daha müraciət edirəm: işğaldan azad edilmiş torpaqlarda hərəkətə icazə verilmiş avtomobil yollarından kənara çıxmaq olmaz. Yalnız işarələnmiş ərazilərdən kənar təhlükəsiz yollarla hərəkət edin — həmin yollarla gedin və həmin yolla geri qayıdın. Başqa cür riskə getmək olmaz”, - deyə peşəkar hərbçi vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri