Icma.az
close
up
RU
Bildunqsromanın psixoloji, fəlsəfi, sosioloji tərəfləri Orxan Saffari yazır…

Bildunqsromanın psixoloji, fəlsəfi, sosioloji tərəfləri Orxan Saffari yazır…

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya, xüsusilə də, alman ədəbiyyatına xas bildunqsromanın təhlili kənardan sadə görünsə də, əslində, alt qatında xeyli psixoloji, fəlsəfi, sosioloji və.s məqamlar var. 

Təkrarlamaqda fayda vardır: Bildunqsroman nədir?

Vikidepik olaraq desək, bu cürdür:

“Bildunqsroman” termini Azərbaycan dilində geniş istifadə edilməsə də, ədəbiyyatda bu janr “Bildungsroman” (almanca “bildung” – tərbiyə, inkişaf və “roman” – roman) formasında tanınır. Bu janr əsasən, baş qəhrəmanın şəxsi, mənəvi və intellektual inkişafını təsvir edən romanlara aid edilir.

Geniş istifadə olunmasa da, bizdə bunun adına “Tərbiyəvi roman” deyilir.

Ancaq bu roman forması bizdəki tərbiyə anlayışı ilə üst-üstə düşürmü?

Bildiyimiz kimi, Azərbaycanda bu roman formasında konkret bir roman yoxdur, sadəcə, ayrı-ayrı əsərlərdə işartılar var. Üstəlik, ənənəvi bildunqsromanla bizdəki bildunqsroman işartıları arasında da məhz tərbiyə məsələsində ayrılıq müşahidə olunur.
Bildunqsromanın mərkəzində, belə demək olarsa, həmişə bir düşmən dayanır. Bu düşmən bir şəxs də olur, ancaq belə olmaya da bilər. Daha dəqiq, bir düşmənin fonunda ümumi olaraq cəmiyyətlə mübarizə, dəyişim göstərilir. Çünki bu roman formasında qəhrəmanın öz qorxuları, inancları, cəmiyyətin yaratdığı qadağalar onun böyüməsinin qarşısında dayanan əsas maneələrdir.

Dəqiq deməliyiksə, bildunqsromanın qəhrəmanı bir neçə mərhələni keçməlidir. Həmin mərhələləri bu cür təsnifatlaşdıra bilərik:

1) Qəhrəmanın uşaqlıq dünyası, o dünyada yaşadıqları və onun dağılması. İstisna olaraq, qəhrəman yaxşı bir dünyada, reallıqda da yaşaya, lakin sonrakı həyatı gördükdə sarsıla da bilər (psixoloji məqamlar xüsusilə bu mərhələdə olur).

2) Bildunqsromanın ən əsas xüsusiyyətlərindən olan inkar dövrü. Qəhrəman burada qarşılaşdığı yeni dünyanı, reallığı qəbul etmir, qayda-qanunlara qarşı üsyan qaldırır. Bütün bunlar mənəvi olmaqla yanaşı, fiziki də olmalıdır (fəlsəfi məqamlar burada ola bilər. Qəbul etmədiyi dünyadan sonra özündə formalaşan fikirlərlə özünəxas yeni bir fəlsəfi dünya düzəni).

3) Qəhrəmanın axtarış dövrü. Bu məqamda qəhrəman iki dünya, reallıq arasında özünü itirir, axtarır, öz aid olduğu yeri və məqamı tapmaq istəyir. Bu axtarış zamanı isə o, artıq nisbətən kamilləşməyə doğru getməlidir (sosioloji tərəfi burada açılır).

4) Nəhayət, sonuncu, yəni yenidən doğulma, başqa obraz. Burada qəhrəman artıq əvvəlki həyatı, gördüyü reallıqlar və dünya ilə vidalaşır, özünəməxsus bir reallıq formalaşdırır.

Bu reallıq isə yanlış reallıq olmamalıdır. Olarsa, o zaman buna anti-bildunqsroman adı vermək daha uyğundur. Çünki klassik bildunqsromanla müasir bildunqsroman sonluqlarında xeyli fərqlər var. Məsələn, anti-bildunqsromanda bütün mərhələləri keçən qəhrəman sonda intihar edərək də öz reallığına qovuşmuş ola bilər.

Bəs bu məqamlara aid başqa nələr demək olar?

Əksər bildunqsromanlarda qəhrəman ən birinci atası ilə problem yaşayır, ilk üsyanı ona olur. Bunu Freud nəzəriyyəsinə, Carl Junga bağlamaq olar. Romanda qəhrəmanın içindəki qaranlıq tərəflə qarşılaşması Jung arxetiplərinə, ataya qarşı olan üsyan isə Oidip kompleksinə işarədir.

Bunlar hamısı daha çox klassik bildunqsromana aiddir. Müasir dövrdə klassik bildunqsroman strukturu dəyişir. Artıq qəhrəman sonda qələbə qazanmaya da bilər. Onun roman boyu etdiyi üsyan, inkar da hədər ola bilər. Bir şərtlə, əgər o, sonda yaşamağı öyrənə bilirsə. Yaxud da, qəhrəman üsyan etdiyi dünyaya və adamların yanına qayıda bilər, ancaq yetişkin insan kimi, daha əvvəlki olaraq yox.

Roman formaları arasında bu formaya oxşar formalar da vardır. Məsələn, buna misal olaraq Küsnstlerromanı demək olar. Süjet xətləri eyni olsa da, tək fərq Küsnstlerromanda olan qəhrəmanın adi adam olması yox, sənətçi olmasıdır. Əsərdə isə həmin qəhrəmanın sənətkar kimi yetişməsi təsvir olunur.
Yəni, bunlar əslində, həm də bildunqsromanın formalarıdır.

Başqa misallar olaraq Erziehungsromanı (Tərbiyə və təhsil prosesinə xüsusi diqqət yetirilir) Entwicklungsromanı (Ümumilikdə inkişaf, dəyişmə və böyümə proseslərini əhatə edir) misal demək olar.

Yeganə Anti-Bildungsromandır ki, burada qəhrəman böyümür. Bizdə olmasa da, bizə yaxın Türk ədəbiyyatında bildunqsromanın ən yaxşı forması Orhan Pamukda var. Daha dəqiq, onun “Cevdet Bey ve Oğulları” romanında. Buradakı masştab bir daxili zamanda yox, daha genişdir. Romanda nəsillər boyunca inkişaf, şəxsiyyət və ailə münasibətləri təsvir olunur.

Bəs müasir ədəbiyyatda bildungsroman hansı hissələrə bölünür?

Misal olaraq qadın yazıçıların yazdığı bildunqsromanlar demək olar. Burada daha çox patriarxalizmə üsyan var. Müasir bildunqsromanlarda “Gender” mövzuları da üstünlük təşkil edir. O cümlədən, miqrant və kimlik məsələləri də. Bu romanların ümumilikdə psixoloji, fəlsəfi mənaları da budur ki, burada qəhrəmanın öz varlığını axtarması sadə bir məsələ deyil. Yaxşı işlənilə bilirsə, qəhrəmanın öz varlığını axtarması “Existensializm”dir. O cümlədən, uşaq travmaları, ailə ilə münasibətlər və basdırılmış arzuların tez-tez gündəmə gəlməsi də Freyd psixoanalizi. Qəhrəmanın təkliyi, fərdə çevrilməsi, özlüyü isə açıq-aydın Nitsşe təsiridir.
Ədəbiyyat qəzeti

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Aprel 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri