Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu TƏFƏRRÜAT
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Biləsuvarda 31 yaşlı kişi evinə qonaq gələn xalası oğluna xəsarət yetirib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin M.İbrahimov küçəsində yerləşən evlərdən birində baş verib. Şəhər sakini, 1996-cı il təvəllüdlü Rəşad Səmədov (ad və soyad şərtidir) həmin ünvanda yaşayan xalası oğlu, 1994-cü il təvəllüdlü Rəşid Ağayevin (ad və soyad şərtidir) evinə qonaq gedib. Onlar bir yerdə vaxt keçiriblər. Gecə saatlarında qohumlar zarafatlaşan vaxt qonaq gələn R.Səmədov zarafatdan inciyib və onların arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. Dava nəticəsində, R.Ağayev mətbəxdəki kəsici alət hesab edilən dəhrə ilə xalası oğlunu vurub. O, R.Səmədovun qoluna xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib və hadisə yerinə Biləsuvar RPŞ əməkdaşları gəliblər.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Avqust 2025 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















