Biləsuvarda ƏMƏLİYYAT: Kahı yükünün arasında külli miqdarda narkotik aşkarlandı FOTO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına kahı yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.
"Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 295 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 97 kiloqram 530 qram olan narkotik vasitə - marixuana aşkar edilib", - məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















