Biləsuvarda Uşaq İncəsənət Festivalına həsr olunan konsert keçirilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Biləsuvar, 29 aprel, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda Uşaq İncəsənət Festivalına həsr olunan konsert keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə uşaq və gənc yaradıcıların əl işləri, təsviri və tətbiqi sənət nümunələri sərgilənib, onların bacarıqları nümayiş etdirilib. İncəsənət məktəbinin şagirdləri Heydər Əliyev parkının mənzərələrini kağız və kətan üzərinə köçürüblər. İştirakçılarla əyləncə guşələrində interaktiv proqramlar keçirilib.
Sonra konsert təqdim olunub.
Konsert proqramından sonra Əməkdar müəllim İkram Bayramov tərəfindən incəsənət məktəblərinin Xalq çalğı alətləri sinfinin şagirdlərinə master-klass keçilib.
Bu mövzuda digər xəbərlər:Uşaq İncəsənət Festivalına qeydiyyat tamamlandı!
01 Aprel 2025 14:16
Milli İncəsənət Muzeyində konsert keçirilib
21 İyun 2025 09:08
Mingəçevirdə Uşaq İncəsənət Festivalının məlumatlandırma görüşü keçirilib
28 Mart 2025 19:00
Samux rayonunda Uşaq İncəsənət Festivalı keçirilib FOTO
22 May 2025 19:05
Uşaq İncəsənət Festivalı 2025
15 May 2025 15:41
Baxış sayı:132
Bu xəbər 29 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















