Icma.az
close
up
RU
“Bilet baha, film keyfiyyətsiz...” Elməddin Cəfərovdan sərt açıqlama

“Bilet baha, film keyfiyyətsiz...” Elməddin Cəfərovdan sərt açıqlama

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər kinoteatr biletlərinin qiymətləri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. İzləyicilər həm yerli, həm də xarici filmlərə baxmağın baha başa gəldiyini bildirir. Xüsusilə ailəvi kino gedişləri zamanı bu xərc daha da artır və nəticədə bir çox insan kinoya getməkdən imtina edir.

Məsələnin bir tərəfi izləyici narazılığıdırsa, digər tərəfi film istehsalçıları və aktyorlardır. Maraqlıdır, onlar bu şikayətləri necə qarşılayır?

Yenisabah.az məsələ ilə bağlı aktyor Elməddin Cəfərovla əlaqə saxlayıb. O, qiymət artımının yerli filmlərə marağın azalmasına səbəb olduğunu deyib: Toyuqlu pizza

“Bəli, qiymətlərdə bahalaşma var. Amma diqqət yetirsək, görərik ki, xarici filmlərə, bilet baha olsa belə, insanlar baxmağa gedir. Yerli filmlərə isə bilet almırlar. Bu da o deməkdir ki, yerli filmlərin keyfiyyəti zəifdir. Nəticədə, artıq yerli film çəkilişləri də xeyli azalıb”.

Elməddin Cəfərov həmçinin yeni qəbul olunmuş qanun layihəsinə də toxunub:

“Təzə qanun layihəsinə əsasən, yerli filmlər vergidən azad olunacaq. Ümid edirəm ki, bu addım yerli kino sektorunda inkişafı stimullaşdıracaq. Bir vaxtlar bilet qiyməti 5 manat olanda, kinoya gedənlərin sayı daha çox idi. İndi isə qiymət artdıqca təlabat da azalır. Sadə vətəndaşın büdcəsini nəzərə alsaq, hazırkı qiymətlər doğrudan da bahadır. Yəqin ki, kinoteatrların da öz haqlı səbəbləri var, amma bu vəziyyət alıcı gücünə birbaşa təsir edir”.

Aktyor bildirib ki, kino sahəsində canlanma üçün həm keyfiyyətli filmlər, həm də uyğun qiymət siyasəti vacibdir:

“Əslində, tarixi, komediya janrında və yaxşı büdcə ilə çəkilmiş filmlər olsa, maraq da artar. Təəssüf ki, hazırda bu sahədə büdcə çatışmazlığı ciddi problemdir. Nəticədə, ölkədə cəmi bir-iki özəl film çəkilir. Belə olan halda, filmin inkişafından danışmaq olmur. Biz artıq filmin ölümündən danışırıq. Amma ümidliyəm, inanıram ki, kino dirçələcək. Yeni mövsümdə özüm də həm film çəkməyə, həm də çəkilməyə hazıram”.

Aydan Hacı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri