Icma.az
close
up
RU
Kraudfandinq Azərbaycan dilinə çevrilməlidir? Nizami Cəfərovdan açıqlama

Kraudfandinq Azərbaycan dilinə çevrilməlidir? Nizami Cəfərovdan açıqlama

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Zaman-zaman gündəmə gələn məsələlərdən biri də Azərbaycan dilində xarici mənşəli terminlərin istifadəsidir. Bu dəfə müzakirə mövzusu Milli Məclisdə baxılan "Kraudfandinq haqqında” qanun layihəsinin adı olub. Deputatlar qanunun adının Azərbaycan dilinə uyğunlaşdırılması və ya beynəlxalq termin kimi saxlanılması ilə bağlı fərqli mövqelər səsləndiriblər.

Deputat Hikmət Məmmədov çıxışı zamanı qanun layihəsinin adının Azərbaycan dilinə uyğunlaşdırılmasını təklif edib. O bildirib ki, "kraudfandinq” termini cəmiyyət üçün anlaşılan deyil və dilimizə yaddır.

Deputatın sözlərinə görə, bu cür terminlər Azərbaycan dilinə təzyiq göstərən əsas amillərdən biridir.

Komitə sədri Azər Əmiraslanov isə təklifə münasibət bildirərək qanunun adının dəyişdirilməsinin məqsədəuyğun olmadığını deyib.

O qeyd edib ki, beynəlxalq terminləri hər zaman milliləşdirmək uğurlu nəticə verməyə bilər:

"Biz bu adları nə qədər milliləşdirməyə cəhd edəcəyiksə, müəyyən uğursuzluğumuz ola bilər. Gərək bunu tam dəqiq ifadə edək. Təhrif edilmiş adlar bu qanunun mahiyyətini təhrif edə və bizi əsas məqsəddən uzaqlaşdıra bilər”, - deyə komitə sədri bildirib.

Akademik Nizami Cəfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, burada hər iki deputat öz fikirlərinə görə haqqlıdır:

"Burada həm Hikmət Məmmədov, həm də Azər Əmiraslanov haqlıdır. Belə terminlər beynəlxalq hüquq və qanunvericilik mədəniyyətindən gəlir və təbii olaraq öz terminologiyasını da özü ilə gətirir. Bu terminləri dərhal Azərbaycan dilinə çevirməyə çalışsaq, müəyyən qeyri-dəqiqliklər və anlaşılmazlıqlar yarana bilər.

Bu baxımdan Azər Əmiraslanovun mövqeyi doğrudur. Yəni, beynəlxalq mənşəli terminlər qanunlarımızda olduğu kimi saxlanılmalıdır”.

O qeyd edib ki, həmin terminlərin qarşısında onların Azərbaycan dilində izahı olsa, cəmiyyət üçün anlaşılan olar:

"Eyni zamanda, Hikmət Məmmədovun da fikri əsaslıdır. Belə ki, həmin terminlərin qarşısında onların Azərbaycan dilində izahı və ya qarşılığı da verilməlidir ki, cəmiyyət üçün anlaşılan olsun. Bu işi isə hüquqşünaslar həyata keçirirlər. Düşünmürəm ki, bu, ciddi çətinlik yarada bilər. Hüquqşünas da azərbaycanlıdır, Azərbaycan dilini yaxşı bilir və yaxşı da bilməlidir. Buna görə də terminlərin uyğun Azərbaycan dilində qarşılığını təqdim edə bilər. Yəni, qanunda və ya qanun layihəsində həm beynəlxalq termin, həm də onun Azərbaycan dilində qarşılığı göstərilməlidir”.

"Milli Məclisin ümumi hazırlıq səviyyəsi həm beynəlxalq dilləri bilmək, həm Azərbaycan dilinə yiyələnmək, həm də qanunvericiliyin hüquqi dilini mənimsəmək baxımından kifayət qədər yüksəkdir. Bu yanaşma gələcəkdə daha da təkmilləşdirilə bilər. Ümumiyyətlə, həm elmi dilimizdə, həm də hüquqi və qanunvericilik dilində bu paralellik mövcuddur. Ona görə də hər iki variantın qanunvericilikdə yer alması məqsədəuyğundur. Gələcəkdə hansı variantın daha çox işlənərək sabitləşəcəyi isə artıq zamanın müəyyən edəcəyi ayrı bir məsələdir”,-deyə akademik qeyd edib.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 İyul 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri