Icma.az
close
up
RU
Bilik və cəsarət birlikdə olarsa… ELÇİN SADIQOVUN 45 İLLİYİNƏ SÖZARDI

Bilik və cəsarət birlikdə olarsa… ELÇİN SADIQOVUN 45 İLLİYİNƏ SÖZARDI

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Hər bir demokratik cəmiyyətinin əsas prinsiplərindən biri orada  güclü-məhkəmə hüquq sisteminin qurulmasıdır.

Məhkəmə hüquq sistemini güclü edən əsas şərtlərdən biri isə müstəqil, cəsarətli vəkillərin sayının çox olmasıdır.

Təəssüflər olsun ki, Azərbaycanda bu cür vəkillərin sayı getdikcə azalır. Təzyiq, cəza, kollegiyadan kənarlaşdırma ənənələrini indi həbs əvəz edir. Bunu Zabil Qəhrəmanovun timsalında gördük.

Mətləbdən uzaqlaşmayım.

Bugün həbs həyatımın mənə qazandırdığı dostum, adını qürurla çəkdiyim vəkil Elçin Sadıqovun doğum günüdür.

Eldar Mahmudovun “kəsdiyi başa soğru” olmadığı bir zamanda Elçinin 32 yaşı vardı. O, MTN-nin təhdidlərinə, təzyiqlərinə, bir sözlə hər cür maneələrinə baxmayaraq mənim həbsimin ertəsi günü müdafiəmə qoşuldu.
Barəmdə həbsqətimkan tədbiri seçmək üçün Səbail Məhkəməsinə gətiriləndə Elçini gördüm.

Elçin kimi peşəkar vəkilin müdafiəmə qoşulması məni güclü etdi.

Tale elə gətirdi ki, Azərbaycanın ən ləyaqətli vəkillərindən olan  Bəhruz Bayramov,  Yalçın İmanov, Fariz Namazlının müdafiəmə qoşulması onları mənə qardaşa çevirdi.

Etiraf edək ki, sərt siyasi sistemlərdə vəkillik təkcə  hüquqi peşə sayılmır. Belə bir şəraitdə vacib olan vəkilin güclü iradəyə sahib olması, öz prinsiplərinə sadiq qalmasıdır.

Elçin bunları bacarıb. Uzun illərdir ki, haqsız yerə həbs olunan ictimai-siyasi fəalların, jurnalistlərin müdafiəsindədir.

Milli hüquqla yanaşı Avropa Məhkəməsinin presedent hüququnu da çox gözəl mənimsəyib.

Məhz bunun nəticəsidir ki, Elçin Sadıqovun Avropa İnsan Hüquqları Məhkəməsində udduğu işlərin sayı çoxdur.

Təhdidlərlə üzləşib, kollegiyadan uzaqlaşdırılmaq üçün dəfələrlə cəhdlər edilib.

Hətta həbsə də atılıb. Amma prinsiplərindən vaz keçməyib.

Onda müşahidə etdiyim bir üstünlüyü deyim:

Bir işi götürür, amma bəlli deyil ki, bu işi yuxarı instansiya məhkəmələrində, yaxud da Avropa Məhkəməsində özü davam etdirəcək.

Buna baxmayaraq elə ilk instansiyada  gələcək apellyasiya və beynəlxalq instansiyalar üçün baza yaratmış olur.

Bu onun peşəkarlığını təsdiqləmək üçün sadəcə bir nümunədir.

Heç kəsi yarı yolda qoymaq kimi xüsusiyyəti də  yoxdur. Ona pislik edənlərə belə kin saxlamır.

ABŞ Dövlət Departamentində, Almaniya, Britaniya kimi qüdrətli ölkələrin xarici işlər nazirliklərində, dünyanın nüfuzlu beynəlxalq insan haqları təşkilatlarında Elçin Sadıqovun adı hörmətlə çəkilir.

Amma bugün Elçinə Bakının ucqar bir yerində olan ofisinin balkonuna örtük vurmağa qadağa qoyublar.

Yaxşı bilir ki, “poykovoy” vəkillərdən olsa, indi Bakıdakı bahalı plazalarda ofisi vardı.

Amma onun üçün ləyaqətli vəkil adı hər şeydən üstündür.

Mən biliyi və cəsarəti birlikdə olan  45 yaşlı dostuma  bu adı əbədi daşımağı arzu edirəm.

Pərviz Həşimli

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Aprel 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri