Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Binalar tarix yaşadır Bahar Qasımov yazır

Binalar tarix yaşadır Bahar Qasımov yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bahar QASIMOVA
"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri

"Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin sədri, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi İdarə Heyətinin üzvü və sədr müavini Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın "Tarix yaşadan binalar" adlı kitabı nəşr olunub. Məşhur Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin 175 illik yubileyinə həsr edilmiş bu nəşr müəllifin sayca 10-cu kitabıdır. Kitab milyonçunun tikdirdiyi 98 bina haqqındadır. Kitabın müəllif Ağa Musa Nağıyevin nəvəsidir.

Qeyd edək ki, 28 may küçəsindəki qoşa imarətlər, həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki "Zabitlər evi"), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları kimi tarixi binalar Ağa Musa Nağıyevin sərmayəsi ilə tikilib.

Xeyriyyəçilik sadəcə pul vermək  deyil, vacib olan dəyişikliklərə sərmayə qoymaqdır. Məşhur xeyriyyəçi Ağa Musa Nağıyevin təbirincə desək, "halallıqla varidat qazanmaq bacarıq, onu qoruyub saxlamaq müdriklik, düzgün işlətmək istedaddır". Dilarə xanım kitabda Ağa Musa Nağıyevin səxavətini və mərhəmətini üzə çıxarmaq məqsədilə milyonçunun bu xüsusiyyətlərinə ustalıqla toxunub. O, babasının xeyriyyəçi bir insan kimi vətəninə, dostlarına münasibətini, seçdiyi qərarlara görə məsuliyyətini əks etdirən xatirə və düşüncələrini oxucularla bölüşüb. Ağa Musa Nağıyev üçün gördüyü işlərin sayı yox, hər zaman məqsəd və nəticə önəmli olub.

Düşünürəm ki, yeni nəslin nümayəndələrinin masasından bu cür kitablar əskik olmamalıdır. Ağa Musa Nağıyev kimi məqsədindən əl çəkməyən, ağır həyat yolu keçməsinə baxmayaraq, acı taleyindən gileylənməyən insandan (binalarının üzərindəki Venzeldə görünən hanbal şələsi və saman çələngi onun keçmişinə işarədir) nümunə götürülməlidir.

Dilarə xanım "Tarix yaşadan binalar" kitabında ölkəmizin bugünkü tarixini qələmə alaraq, şəhidlərimizin qəhrəmanlıqlarından, 30 ildən artıq işğalda olan torpaqlarımızın azad edilməsindən, ölkəmizdə gedən quruculuq işlərindən də söz açıb.

Bu kitabı düşünməyi və nəticə çıxarmağı öyrədir. Ən əsası, insanı necə yaşamaq barədə düşünməyə vadar edir. Ümumiyyətlə, həyatın mənasını dərk etməyi, insanların istəklərini və hərəkətlərinin əsl motivlərini anlamağı öyrədən belə kitabları oxumaq və onlara hörmətlə yanaşmaq lazımdır. Mən Dilarə xanımın bu kitabını çox bəyəndim və hər kəsə oxumağı tövsiyə edirəm. Bu kitabı oxuyarkən məndə xeyli təəssüratlar yarandı - mənalı bir həyat, bütöv bir dünya, hisslər, vətənə və dosta sevgi kimi əbədi hisslər barədə. Elə kitablar var ki, onları həmişə oxumağa dəyər - Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın "Tarix yaşadan binalar" kitabı kimi. Ona görə də Xalqın tarixini öyrənməyə və özünü təkmilləşdirməyə can atan insanlara bu kitabı oxumağı məmnuniyyətlə tövsiyə edirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Aprel 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri