Binəqədi şossesində hərəkət tam məhdudlaşdırılacaq
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Təmir işləri ilə əlaqədar Bakının Suraxanı və Binəqədi rayonlarında nəqliyyat vasitələrinin hərəkətinə qismən və tam məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a bildirilib ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 14-də saat 08:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.
Binəqədi şossesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində isə oktyabrın 15-də saat 08:00-dan qismən, oktyabrın 16-da saat 23:00-dan etibarən tam məhdudiyyət tətbiq ediləcək.
Sürücülərdən yollarda sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 Oktyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















