Binəqədi və Xəzər rayonlarında oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Binəqədi rayonu ərazisində yerləşən mağazaların birindən 1200 manat, noutbuk və 2 ədəd quruducu aparatın oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Y.Ziyadov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Eminovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:Oğurluqda şübhəli bilinən şəxs tutulub
14 May 2025 12:46
Xaçmazda oğurluqda şübhəli bilinən şəxs tutulub
25 Mart 2025 09:08
Gəncədə 61 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
06 Noyabr 2024 10:12
Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb
15 Yanvar 2025 14:06
Baxış sayı:92
Bu xəbər 01 Fevral 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















