Icma.az
close
up
RU

Binəqədidə qışa hazırlıq müzakirə olundu FOTO

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Binəqədi Rayon İcra Hakimiyyətində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Modern.az xəbər verir ki, müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev, Rayon İcra Hakimiyyəti başçısının müavin və şöbə müdirləri,  rayonun təsərrüfat xidmətlərinin, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək, 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərin vəziyyəti haqqında ətraflı məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüldüyünü bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyini,   xüsusi texnikaların saz vəziyyətə gətirildiyini, inventar, qum və duz tədarükü görüldüyünü, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunduğunu, eyni zamanda, rayondakı idarə, təşkilat və özəl qurumlara, bələdiyyələrə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edildiyini qeyd etdi və qarşıda duran vəzifələrin icrası ilə bağlı müəssisə rəhbərlərinə tapşırıqlar verib.

Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov çıxış edərək, 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini tələb olunan səviyyədə təşkil etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən qərərgah və operativ işçi qrupunun yaradıldığı, qum və duz tədarükü görüldüyü, texnika və nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirildiyi, texnikalara xidmət edən işçilərə isə təlimatların verildiyi haqqında məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov və Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev çıxışlarında qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinə havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalı olduğlarını, eləcə də verilən tapşırıqların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, yarana biləcək problemlərin əlaqəli şəkildə və operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyələr veriblər.

Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri