“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
Icma.az, Azertag saytına istinadən bildirir.
Berlin, 28 sentyabr, AZƏRTAC
Almaniyanın “BioNTech” biotexnologiya şirkəti Marburq, İdar-Oberşteyn və Tübingen şəhərlərindəki üç istehsal müəssisəsini bağlamaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, müəssisələrin satılması ilə bağlı aylarla davam edən danışıqlar nəticə vermədiyindən belə bir qərar qəbul edilib. Buna hazırkı çətin bazar və investisiya mühiti səbəb olub. Tübingen müəssisəsinin 2027-ci ilin sonunda, Marburqdakı zavodun 2028-ci ilin əvvəlində, İdar-Oberşteyndəki müəssisənin isə 2028-ci ilin sonunda fəaliyyətini dayandırması planlaşdırılır.
“BioNTech” qərarı müəssisələrin aşağı yüklənməsi, istehsal güclərinin artıqlığı, xərclərin azaldılması və şirkətin xərçəng xəstəliklərinin müalicəsi istiqamətinə fokuslanması ilə əlaqələndirib. Müəssisələrin satılması üçün müxtəlif şirkət və investorlarla danışıqlar aparılsa da, heç biri sövdələşmə ilə nəticələnməyib.
Şirkətin Berlindəki “JPT Peptide Technologies” törəmə müəssisəsi isə artıq satılıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 28 Sentyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















