“Bir Axşam Payızda” Xalq artisti Salman Qəmbərovun konserti keçirildi FOTO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti, tanınmış caz pianoçusu Salman Qəmbərovun "Bir Axşam Payızda" adlı konserti baş tutdu.
Payızın romantik ovqatını caz musiqisinin incə ahəngləri ilə birləşdirən konsert tamaşaçılara unudulmaz bir musiqi axşamı bəxş etdi. Xalq artisti Salman Qəmbərovun xüsusi seçilmiş repertuarı həm klassik caz üslubunun dərinliyini, həm də milli musiqi elementlərinin harmoniyasını özündə əks etdirdi.
Konsertdə solistlər Rövşən Qəhrəmanov və İlhamə Qasımova çıxış etdilər. Onları istedadlı musiqiçilər - Fuad Cəfərov (bas gitara), İsgəndər Ələskərov (zərb alətləri), Tofiq Cabarov (perkussiyalar) və Firudin Həmidov (trompet) müşayiət etdilər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 25 Oktyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















