Bir ayda 6 dəfə təltif edildi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Rusiyanın “fəxri dəmiryolçusu” adına layiq görülüb.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, “Rusiya Dəmir Yolları”nın Baş direktoru Oleq Belozyorov bununla bağlı əmr imzalayıb.
Məlumata görə, Kadırov “dəmir yolu nəqliyyatının fəaliyyətinin inkişafına və yüksək nəticələrin əldə edilməsinə verdiyi əhəmiyyətli töhfə”yə görə bu fəxri ada layiq görülüb.
Qeyd edək ki, oktyabrın 5-də 50 illik yubileyini qeyd edən Kadırov bununla oktyabr ayı ərzində 6-cı dəfə təltif edilib. Daha əvvəl o, Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə “Ordu generalı” rütbəsi alıb, Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) direktoru Viktor Zolotov isə ona tünd qırmızı beret təqdim edib.
Daha sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Kadırovu Rus Pravoslav kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edib. Eyni zamanda Çeçenistan rəhbərinə Rusiya imperiyasının ilk müftisi Mühəmmədcan Xüseynov adına I dərəcəli orden təqdim edilib. Ən son isə Kadırov Rusiyanın “fəxri memarı” adına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 13 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















