İstanbulda sel: 32 nəfər xilas edildi, avtomobillər su altında qaldı
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az DHA agentliyinə istinadən xəbər verir ki, ətraf ərazilərdə çayın məcrasından çıxması nəticəsində küçəni su basıb, bir neçə avtomobil su altında qalıb.
Sel səbəbindən ərazidə köməksiz vəziyyətdə qalan 32 nəfər Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) və yanğınsöndürənlərin əməkdaşları tərəfindən xilas edilib.
İstanbul valisi Davut Gülün sözlərinə görə, hazırda ərazidə köməksiz vəziyyətdə qalan şəxs yoxdur. Şəhərin digər məhəllələrindən də vaxtaşırı müraciətlər daxil olur və aidiyyəti qurumlar hadisələrə müdaxilə edirlər.
Davut Gül hadisə nəticəsində ölən və yaralanan olmadığını vurğulayıb. O, gələcəkdə güclü yağışlar zamanı oxşar problemlərin qarşısını almaq üçün infrastruktur tədbirlərinin görüləcəyini də bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 29 Noyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















