Icma.az
close
up
RU
Bir cümlə ilə həyatı dəyişdi: Atası bildiyi adam əsl atasının qatili çıxdı FOTO

Bir cümlə ilə həyatı dəyişdi: Atası bildiyi adam əsl atasının qatili çıxdı FOTO

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Türkiyənin Muğla şəhərinin Ula mahalında bir qadın 48 il "ata" dediyi şəxsin əslində öz atasının qatili olduğunu öyrənib.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, həqiqət iki bacı arasında yaşanan mübahisədən sonra üzə çıxıb. 

Belə ki, 48 yaşlı Berrin Nalcı 2 il əvvəl bacısı ilə mübahisə edib. Bu zaman bacısı Berrinə "atamın payına girmə, sən atamın varisi deyilsən" söyləyib.

Bundan sonra vəziyyətdən şübhələnən qadın DNT analiz verib və Mahir Ayyıldızın öz atası olmadığını öyrənib.

Məlum olub ki, B.Nalcının atası bildiyi Mahir Ayyıldız onun atası Mustafa Uyanıkın qatilidir.

Belə ki, bir müddət əvvəl dünyasını dəyişən Berrinin anası Fatma Ayyıldız keçmişdə Akyaka məhəlləsinin muxtarı olmuş Mustafa Uyanıkla evlilikdən kənar münasibətdə olub.  Qeyri-qanuni münasibətdən sonra F.Ayyıldızın qızı doğulub. Ana bu sirri gizli saxlayaraq qızı Berrini nikahlı əri Mahir Ayyıldızın adı ilə qeydiyyata salıb. 

Mahir Ayyıldız həyat yoldaşı ilə Mustafa Uyanıkı 1982-ci ildə meşəlik ərazidə münasibətdə olarkən yaxalayıb. Qəzəblənən ər M.Uyankı qətlə yetirib. 

Bir müddət həbsdə olan M.Ayyıldız çıxdıqdan sonra həyat yoldaşını bağışlayıb və cütlük evliliklərini davam etdirib.

Berrin Nalcı məhkəmə qarşısında atalıq iddiası qaldırıb. Muğla Ailə Məhkəməsi tərəfindən aparılan DNT testində 42 il əvvəl öldürülən şəxsin Akyakanın ən zəngin adamlarından olan, hətta adı küçələrə verilən Mustafa Uyanık olduğu üzə çıxıb.

"Bu, mənim üçün böyük bir travma idi. Sıxıntıdan belimdə yarıqlar əmələ gəldi, eqzema oldum. Heç vaxt pul istəyim olmayıb. Vicdanımı rahatlaşdırmaq və əsl atamın kim olduğunu öyrənmək üçün bu məhkəməyə müraciət etdim. Beynimdə daha sual işarəsi qalmayıb. İndi rahatlıqla başımı yastığa qoyub yata bilirəm. Atamın kim olduğunu dəqiq bildim. “Filmlərdə görəndə çox təəccüblənəcəyim bir hekayə yaşadım”, - deyə B.Nalcı söyləyib.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Fevral 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see299

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri