Bir dəqiqəlik qəzəbin bədənə verdiyi zərər: İmmun sistemi 5 saat zəifləyir
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gündəlik həyatda yaşanan ani qəzəb partlayışlarının düşündüyümüzdən daha ciddi nəticələrə səbəb ola biləcəyi ortaya çıxıb.
Modeator.az xəbər verir ki, yeni araşdırmaya görə, cəmi 60 saniyəlik güclü qəzəb belə immun sistemini 5 saata qədər zəiflədə bilər.
Alimlərin apardığı tədqiqatlar göstərir ki, qısa müddətli öfke epizodları orqanizmin müdafiə mexanizminə birbaşa təsir edir. Bu proses zamanı bədənin əsas müdafiə xətti sayılan İmmunoglobulin A (IgA) anticisimlərinin səviyyəsində sürətli azalma müşahidə olunub.
Mütəxəssislərin sözlərinə görə, qəzəb anında orqanizm kortizol və adrenalin kimi stress hormonlarını ifraz edir. Bu hormonlar "döyüş və ya qaç” reaksiyasını aktivləşdirərək immun sisteminin fəaliyyətini müvəqqəti olaraq arxa plana keçirir.
Araşdırma nəticələri göstərir ki, bu təsir təkcə qəzəb anı ilə məhdudlaşmır. Orqanizm stress vəziyyətindən çıxsa belə, immun sisteminin tam bərpası saatlar çəkə bilir və bu müddətdə bədən infeksiyalara qarşı daha həssas olur.
Mütəxəssislər xüsusilə infeksiyaların artdığı dövrlərdə emosional nəzarətin vacibliyini vurğulayır. Bildirilir ki, tez-tez qəzəb yaşayan insanlarda uzunmüddətli dövrdə bəzi xəstəliklərə yoluxma riski arta bilər.
Həkimlər ani qəzəb hallarında dərindən nəfəs almağı, qısa fasilə verməyi və dərhal reaksiya göstərməməyi tövsiyə edir.(Qaynarinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 İyun 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















