Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Bir dön kəndin yoluna bax...

Bir dön kəndin yoluna bax...

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Söhbət Xaçmazın Həsənqala kəndindən gedir

Abad kənd yolundan tanınar, – deyiblər. Xaçmazın Həsənqala kəndi abad olsa da bu sözü onun yolu barədə demək olmur. Sakinləri illərdən bəridir ki, magistral xətdən ayrılan yolun dağılıb bərbad vəziyyətə düşməsindən əziyyət çəkirlər. 600-dən çox ailə təsərrüfatı, geniş əkin-biçin fəaliyyəti olan kəndə aparan  yolun asfalt örtüyü sıradan çıxıb, maşınların normal və rahat hərəkətinə imkan vermir. Bu azmış kimi, kəndə elektrik verilişi dirəkləri də sıradan çıxıb, təhlükə və qəzalar törədir. 

Həsənqalalılar problemi dəfələrlə ra yon rəhbərliyinin diqqətinə çatdırıblar. Hətta 2024-cü ilin parlament seçkiləri zamanı kənddə əhali ilə görüş keçirən rayon rəhbərləri yaranmış vəziyyəti öz gözləri ilə görüblər.  Bu görüşdə sakinlər kəndə gələn yolun bərbadlığını və orta məktəb binası nın əsaslı təmirə ehtiyacı olduğunu rayon rəhbərliyinin nəzərinə çatdırıblar. Aradan aylar keçməsinə baxmayaraq, verilən vəddən bir səs-soraq yoxdur. Gözləri yollarda, qulaqları səsdə olan sakinlər çıxış yolunu “Xalq qəzeti”nə məktub yazıb verilən vədi rayon rəhbərliyinə xatırlatmaqda görüblər. Məktubu imzalayanlar arasında Vətən yo lunda qurban vermiş şəhid ailələri, diqqət və qayğıya haqlı ehtiyacı olan qazilər də var. Onlar yazırlar ki, sonuncu dəfə 37 il əvvəl – 1988-ci ildə əsaslı təmir olunan, asfalt döşənən kəndin yolu indi tamamilə  yararsız hala düşüb. Yerli sürücülər bu yol da avtomobillərin sürətlə sıradan çıxdığını söyləyirlər. Xaçmaz və Xudatın taksi sürücüləri isə Həsənqalaya müştəri aparmağı xatalı, faydasız iş hesab edib yaxalarını kənara çəkirlər. Payız-qış aylarında kəndə gələn yollarda nəinki nəqliyyatın hərəkəti, piyadaların gediş-gəlişi də müşkülə dönür.

Məktubda qeyd edilir ki, Azərbaycan hökumətinin bu gün işğaldan azad olunmuş Qarabağa, Qərbi Azərbaycana Böyük Qayıdış kimi nəhəng, ümummilli layihələ rin icrası ilə mütəmadi məşğul olduğu on lara yaxşı məlumdur. Aydın məsələdir ki, ilk növbədə, bu bölgələrin yolları çəkil məli, problemləri həll edilməlidir. Bunlar  böyük maliyyə vəsaiti tələb edən işlərdir. Elə buna görə də Həsənqala kimi bir kən din kilometryarımlıq yolunu yerli imkan lar hesabına da təmir etmək mümkündür. Bunun üçün xeyriyyəçiləri işə cəlb etmək, yerli fermer və iş adamlarının yardımından yararlanmaq olar. Bu baxımdan imkanlı iş adamları, sahibkarları ilə tanınan rayonla rından biridir. Şübhəsiz, onlar rayon rəhbərliyinin müraciətini cavabsız qoymazlar.

Məktubda daha sonra deyilir ki, son 10–15 ildə yerli bələdiyyə kənd sakinlə rinin köməyindən də istifadə etməklə bir neçə dəfə yolun çox dağılmış hissələrinə çınqıl töküb. Lakin bu, vəziyyəti o qədər də dəyişməyib.

Həsənqalalıların məktubu ilə bağlı bil dirək ki, kənd yolu təkcə sakinlərin gündə lik gediş-gəlişi, ətraf aləmlə rahat əlaqəsi deyil, həm də sosial-iqtisadi inkişaf amili dir. Rahat yol olmadan nə turizmi, nə də kənd təsərrüfatını inkişaf etdirmək müm kündür. Yeri gəlmişkən, Həsənqala kəndi gözdən-könüldən iraq, ucqar dağ kəndi deyil. Kənd dünyaca məşhur, yay mövsü mündə minlərlə xarici turistin üz tutduğu Nabran istirahət zonasına aparan magist ralın düz üstündə yerləşir. Yəni, göz qaba ğında olan ərazidir. 

Görünən odur ki, bəzi kənd yollarının mövcud durumu və onların təmiri yerli məmurları o qədər də narahat etmir. Elə buna görə də Həsənqala sakinləri məktub da xatırladırlar: “Prezident İlham Əliyev bir il əvvəl hökumətin iclasında “region larda daha çox kəndin yeni yollarla təmin ediləcəyini, bu prosesin bir dənə də təmir siz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmayanadək davam edəcəyini” dedi.

Həsənqala sakinlərinin göndərdikləri fotoşəkilləri yazıya əlavə etməklə ümid edirik ki, redaksiyamızın nəzarətdə saxla dığı bu ürəkağrıdan vəziyyət tezliklə kö kündən dəyişəcək. Redaksiyamız isə kən də çəkilmiş yolun istifadəyə verilməsindən hazırladığı materialla oxucularımızı məlu matlandıracaq.

İmran BƏDİRXANLI

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see606

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see580

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see578

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see444

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see378

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see369

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see348

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see338

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see329

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see323

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see316

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see312

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see310

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see304

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see292
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri