Icma.az
close
up
RU
Bir dönəmə damğa vuran serial geri dönür

Bir dönəmə damğa vuran serial geri dönür

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir dövrə damğa vuran məşhur "Vampir ovçusu Buffy" serialı orijinal ulduzu Sara Mişel Qellar və Oskar mükafatlı rejissor Kloi Çjao ilə birlikdə geri dönməyə hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, layihə orijinal heyətin geri qayıtma ehtimalı ilə davam hekayəsi kimi formalaşır.

Əldə edilən məlumatlara görə, "Hulu" platforması 1997-2003-cü illər arasında yayımlanan və geniş bir pərəstişkar kütləsi qazanan "Vampir ovçusu Buffy" serialını geri qaytarmağa hazırlaşır. "Deadline"ın xəbərinə görə, hazırda serialın dünyasında baş tutacaq yeni bir layihə üçün pilot bölüm sifariş etmək üzrədir.

Bu dəfə rejissor kürsüsündə "Nomadland" və "Eternals" filmləri ilə tanınan Oskar mükafatlı Kloi Çjao əyləşəcək. Çjao həyatboyu böyük bir "Buffy" pərəstişkarı olduğunu açıq şəkildə bildirən bir sima kimi tanınır. Ssenari isə "Poker Face" serialının ssenaristləri Nora və Lila Zukerman tərəfindən yazılır.

Qelların yeni layihədə Buffy Sammers obrazını yenidən canlandırıb-canlandırmayacağı hələ dəqiqləşməyib, lakin onun adı layihə ilə əlaqələndirilir. "Hulu" və prodüserlər artıq ssenari yazıçılarını müəyyənləşdirmək mərhələsinə keçib və layihəyə tam dəstək verirlər.

Bundan başqa, prodüser heyətində məşhur müğənni və aktrisa Doli Partonun da yer alacağı bildirilir.

Keçmiş aktyor heyətindən digər adların da geri dönə biləcəyi müzakirə olunur. Lakin serialın orijinal yaradıcısı Cos Vhedon bu layihəyə daxil edilməyəcək. Vhedon 2021-ci ildən bəri sektordan uzaqdır və keçmişdə aktrisa Karizma Karpenter tərəfindən pis rəftar iddiaları ilə gündəmə gəlmişdi.

Əslində, yeni "Buffy" layihəsi ilk dəfə 2018-ci ildə müzakirə olunmuşdu. O dövrdə baş rolun qaradərili bir qadın aktrisa ilə yenidən çəkilməsi planlaşdırılırdı. Lakin hazırkı layihədə orijinal heyətin geri dönməsi ehtimalı daha yüksəkdir. Bu da serialın tam yenidən başlanğıcı deyil, davam hekayəsi ola biləcəyini göstərir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see399

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see241

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see234

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see206

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see198

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see187

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see179

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see178

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see173

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see173

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see171

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see171

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see171

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see170

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see168

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see164

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see161

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see154

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri