Icma.az
close
up
RU
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları

Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Arakel Davrijetsi erməni tarixçilərinin növbəti uydurma yaratmasına mane olur

Azərbaycan hakimiyyəti azərbaycanlıların Zəngəzura, İrəvana və digər tarixi Azərbaycan torpaqlarına qayıtmaq hüququ ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında məsələlər qaldırır. Bu isə, fırıldaqçılıqla tarixi faktları təkzib etməyə və ya təhrif etməyə çalışan erməni ekspertlərində nəzərəçarpacaq əsəbilik yaradır.

Belə ki, tarix elmləri namizədi Mikael Malxasyan təhrif olunmuş tarixi faktlara müraciət edərək, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması tələbinin tamamilə əsassız olduğunu iddia edib. Onun fikrincə, 1604-cü ildə Səfəvi şahı Birinci Abbasın əmri ilə indiki Ermənistanın ərazisindən 600 minədək erməni zorla köçürülüb.

“Nəticədə Şərqi Ermənistan ərazilərinin əhəmiyyətli bir hissəsi boşaldı və burada müxtəlif müsəlman mənşəli tayfalar məskunlaşdı”, - deyə o sərsəmləyib.

Bu, həqiqətən belə idi? Həmin hadisələrin şahidi olan erməni tarixçisi Arakel Davrijetsi qeyd edib ki, İrana ermənilərlə yanaşı müsəlmanlar və yəhudilər də köçürülüb. Onun sözlərinə görə, Şah Abbasın əmri ilə yerli əhali yerində qalıb, gəlmələr köçürülüb. Deməli, bu ərazidə hələ də müsəlmanlar, yəni azərbaycanlılar yaşayırdılar və şahın əmri ilə gəlmələr, yəni ermənilər köçürülüb.

Bundan başqa, erməni tarixçi iddia edir ki, “heç bir topluda, XIX əsrə aid hesabatda və ya digər oxşar sənəddə “azərbaycanlı” etnonimi qeyd olunmur və Ermənistanın indiki ərazisində yaşayan bütün müsəlmanları - istər şiələri, istərsə də sünniləri Azərbaycanda “azərbacyanlı” adı altında birləşdirirlər, baxmayaraq ki, belə etnik mənşəyə malik olmayıblar.

Bu yerdə Malxasyana tarixi mənbələri diqqətlə işləməyi tövsiyə edirik. Məsələn, rus diplomatı Aleksandr Qriboyedov 19-cu əsrin əvvəllərində “azərbaycanlı” anlayışına işarə edib. 1827-ci ilin dekabrında o yazırdı: “Aderbidjan xalqını qəzəbdən saxlamaq üçün...” (http://feb-web.ru/feb/griboed/texts/varia/mjas_40.htm#@04).

Beləcə Qriboyedov təsdiq edir ki, 19-cu əsrin əvvəllərində etnik məna daşıyan “azərbaycanlı” anlayışı mövcud idi.

Ermənistanın indiki paytaxtının - İrəvan şəhərinin tarixinə gəlincə, Malxasyan cəfəngiyyatla danışır ki, orada heç vaxt böyük azərbaycanlı məhəllələri olmayıb. Müxtəlif vaxtlarda İrəvanda olmuş avropalı səyyahlar Jan Tavernye, Jan Şarden, Kerr-Porter, Ceyms Morye, Montper, Kameron, Linç və başqaları şəhərin dörd məhəllədən - Qala, Şəhər (Şəhri), Təpəbaşı və Dəmirbulaqdan ibarət olduğunu əsaslandırırdılar. Eyni zamanda, ermənilərin sayca az olduqlarına görə yalnız şəhərətrafı kəndlərdə yaşadıqlarını qeyd ediblər.

20-ci əsrin 30-40-cı illərində İrəvanın azərbaycanlı məhəllələri hələ də mövcud idi. Ermənilər XIX əsrin əvvəllərində İrəvana köçürüldükləri üçün onların məhəllələri Azərbaycan məhəllələri ətrafında bir halqada yerləşirdi. 50-60-cı illərdə azərbaycanlıların kompakt yaşadıqları məhəllələr, onların qəbiristanlıqları yeni tikililər tikmək adı ilə yerlə-yeksan edilib.

Bu faktlara məhəl qoymayan Malxasyan iddia edir ki, 1979-cu il siyahıyaalınmasına əsasən, Sovet Ermənistanında 160 min azərbaycanlı yaşayırdı. Beləliklə, o, iddia edir ki, Azərbaycan hakimiyyətinin Ermənistandan qovulan azərbaycanlıların sayı ilə bağlı açıqladığı rəqəmlər şişirdilmiş və əsassızdır.

“Tarix mütəxəssisi” Malxasyan xatırlamalı və unutmamalıdır ki, 1948-1953-cü illərdə Ermənistandan 150 mindən çox, 1988-1991-ci illərdə isə 200 minə yaxın azərbaycanlı deportasiya edilib. Bu səbəbdən də bu gün Azərbaycan xalqı haqlı olaraq Zəngəzura, İrəvana və digər tarixi Azərbaycan torpaqlarına qayıtmaq hüququ ilə bağlı məsələ qaldırır. Bu hüquq beynəlxalq konvensiyalarda təsbit olunub və bir gün azərbaycanlılar Qərbi Azərbaycanda öz evlərinə qayıdacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri