Icma.az
close
up
RU
Bir Elmar var…

Bir Elmar var…

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araz Naxçıvan”ın “Aris”i ələməyi komanda haqda çox yüksək fikirlər yaratmışdı. Həqiqətən, bu heyət bir-birinə nizamlı formalaşıb və potensialı yüksəkdir. Ancaq baş məşqçi Elmar Baxşıyev haqda daha yüksək iddialar, təəssüratlar olmuşdu.

“Omoniya” ilə oyun göstərdi ki, Elmar haqda ekstra iddialar emosional reaksiyalardan başqa heç nə deyil.

Ümumiyyətlə, Baxşıyev barəsində dozanı aşmış təriflər arabir olur. “Aris”lə oyundan sonra bu haqda yazmışdıq….

Yerli mütəxəssislərə dəstək mənəvi məsələdir və bundan xali deyilik. Lakin emosiyalardan uzaq…

“Araz Naxçıvan” hələ “Aris”lə cavab oyununda “qırmızı”dan sonra aşırı panikaya düşəndə Baxşıyevin çarəsizliyi sezilmişdi. Düzdü, iki əvəzetmə ilə nisbətən oyunun rotasını dəyişə, ağır təzyiqi yayındıra bilmişdi, lakin bəhs edilən boşluq xroniki xarakterlidir və bu da məşqçilərin passivinə yazılası ciddi detallardan biridir.

Açığı, “Omoniya”ya pis oyun və böyük hesabla məğlubiyyətin Elmarı sərt tənqid etməkçün fürsət verdiyi təəssüratını yaratmasını istəməzdik. Əldəki imkanlar və potensiala görə Baxşıyev mümkün qədər inkişaf etmiş və yaxşı futbol oynatmağı bacaran məşqçidir. Ancaq Kipr təmsilçisinin qeyri-adi adlandıra bilməyəcəyimiz futboluna qarşı aciz qalmaq elə əsl tənqid səbəbidir.

“Aris” rəhbərliyi ilə baş məşqçi arasında soyuq münasibətlər haqda Yunanıstan mətbuatında xəbərlər çıxmışdı. Orda daxili ab-hava yaxşı deyildi. Təbii ki, bu “Araz Naxçıvan”ın onları ələməsinə kölgə sala bilməz. Amma “Omoniya”nın “Aris”dən daha yaxşı oynadığını deyə bilmərik. Hətta yunanlar daha aqressiv idilər…

0:4 hesablı məğlubiyyət “dişsiz” futbolun nəticəsidir. Hədəfə Elmarın gəlməsi isə əbəs deyil. O, ciddi dəyişiklik edə, oyunun məzmununu/məcrasını dəyişə biləcək heç nə etmədi. Hətta buna cəhd belə görmədik.

Nə pis?!

Baxşıyev öndə olan 5-6 yerli məşqçidən biri sayılır. Kipr klubuna qarşı oyun onun hansı meyarlarda inkişaf etməli olduğunu göstərdi.

Kamil Əhməd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Avqust 2025 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri