Icma.az
close
up
RU
Bir gecənin işığı

Bir gecənin işığı

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir ki, elə dünən oldu, çünki təəssüratlar o qədər güclü və o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə o gündən ta indiyə kimi həmin gecə haqqında söz-söhbət, fikirlər davam edir. Bilirəm ki, çoxu onun telefonuna da öz rəylərini yazır, tanış olanlar da zəng edib bu xanımı təbrik edirlər.
Açması?
Son vaxtlar möhtəşəm Heydər Əliyev adına Saray qaynar fəaliyyəti ilə daha çox diqqəti çəkir. Ən müxtəlif konsert proqramları, tamaşaçıları ətrafına toplaya bilən saysız layihələr bu mədəniyyət ocağınıBakı əhlinin sevimli istirahət məkanlarından birinə çevirib.
Bəli, Dilarə Əliyevanın “Mintonasiya” adlı ilk stəndap (stand up) konsert-tamaşasından çıxan hər kəs bunu duydu və Dilarə ilə görüşdən sonra sözün həqiqi mənasında çox razılıqla evinə yollandı. Bu, sənət adamı ilə əsl görüş idi. Burada nə adət etdiyimiz dekorlar vardı, nə işıqlar bir effekt yaratmaq xatirinə yanıb-sönürdü, nə gecənin baş qəhrəmanı dəst-dəst libaslar dəyişirdi, nə musiqi vardı, nə müğənnilər, nə də rəqqaslar. Dilarə xanım özü tamaşaçı ilə təkbətək qalmışdı. Əsl səmimi söhbət alınmışdı. Dilarə xanım bizim hamımızı düşündürən məsələlərdən, problem və qayğılardan, zarafat kimi üstündən keçdiyimiz mətləblərdən doğmalıqla söhbət açırdı. Aktrisa onu yaxından tanıyan, bir sənətçi kimi onu sevib-dəyərləndirən insanlara çox doğma olmuşdu o gecə.Səhnədən gah qəhqəhə çəkib gülən, gah da gözlərinin dərinliyində yığılıb qalmış, nəmlənmiş kipriklərinə yol açan bir batman dərdindən xəbər verən söhbətləri elə sevgi ilə, elə nəfəs dərmədən danışırdı ki, həmin dəqiqələrdə sanki tamaşaçı onunla diz-dizə oturub, ən sevimli, ən yaxın, ən doğma, ən əziz adamı kimi dinləyirdi onu. O isə tamaşaçı ilə dolu olan iki min nəfərlik salona elə bir müsbət enerji ötürürdü ki, o anda yaranmış ovqatın təsirinə düşməmək mümkün deyildi.
Oyun bitdi və onun müzakirəsi elə qarderobdan başladı… Tamaşaçılar doğrudan da xoşbəxt idilər. Çünki onların çox sevdikləri Dilarə, sanki hər kəsin gözlədiyi söz-söhbəti onlarla bölüşmüşdü. Bu söhbətlərdə kimisi dost-doğmasını, kimisi qohun-qonşusunu, tanış-bilişini görmüşdü. Və yumorabələnmiş bu söhbətlər o qədər şirin idi ki, necə deyərlər, uğunmaqdan tamaşaçıların barmaqlarını kəssəydilər belə, xəbərləri olmazdı…
Kimisi bu konserti “stəndap” adlandırır – Azərbaycanın hələlik ilk xanım stəndapçısı kimi dəyər verir Dilarəyə, kimisi monotamaşa kimi qiymətləndirir bu çıxışı… Mənim üçün isə bu məqamda bu janrların heç bir əhəmiyyəti yoxdur… Mən o gecə o möhtəşəm sarayın o möhtəşəm səhnəsində bir AKTRİSA gördüm.Səmimiyyətdən doğan bənzərsiz gözəlliyi ilə, sözün həqiqi mənasında, bir AKTRİSA! Sözə qiymət veribən danışdığı hər kəlməni, hər söhbəti ölçüb-biçən bir AKTRİSA!
Dilarə Əliyeva bu gün teleməkanda öz çəkisi, öz sözü olan bir aparıcıdır, bir ssenarist və demək olar ki, öz verilişlərinin müəllifi olaraq əksər proqramlarınınqeyi-rəsmi rejissorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivinin rəhbəri” fakültəsini bitirən Dilarə xanımillər öncə daha çox televiziya verilişlərinin aparıcısı kimi populyarlaşıb (ATV-də “Çal-Çağır”, ARB-də “Söhbət var” və s.).
Tammetrajli filmlərdə (“Məhəllə”, “Cavid ömrü”, “Sübhün səfiri”, “Əfsanə qayıdır”, “Hoqqa”, “5 betər”, “Cin atı”, “Leyli və Məcnun”), televiziyatamaşalarında (“Yumurta”, “Bəylik dərsi”, “Gəlinlər”, “Mürafiə vəkilləri”), seriallarda (“Baldız”, “Üç bacı”, “Qayınana”, “Qaratikan”, “İkinci bahar”, “Kəndimizin Monikası”, “Yuxu kimi”) bütün istedadını nümayiş etdirə bilən, çəkildiyi kinolentlərdə bilavasitə, sözün yaxşı mənasında, sənəti ilə hökmranlıq edən Dilarə Əliyeva aktyor sənətinin butün çalarlarını sərgiləməyibacaran aktrisadır. Teatr səhnəsindəki çoxsaylı rolları da – Xatirə (“Məhəbbət yaşayır hələ”) qız nəvə (“Generalın son əmri”), Günay (“Durnalar qayıdanda”), Henrietta (“Dərəbəylik”), Badam (“Madam-Badam”), Gəlin (“Didərginlər”), Mişilin(“Oğru”), Zərifə (“Mənim qayınanam”) kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, diqqətdən heç vaxt kənarda qalmayıb. Bu gün aktrisanın hansısahədə daha uğurlu olduğunu incələmək istəsək, bunu bacarmayacağıq. Çünki Dilarə bütün işlərində çox maraqlı sənətçi olduğunu hər zaman sübut edib. Elə oktyabrın 26-da da biz bunun bir daha şahidi olduq. Dilarə indiyə qədər heç kəsin bacarmadığı bir sənət nümunəsi göstərdi. Tək! Yalnız! Heç kəsin və heç nəyin köməyinə ehtiyac düymadan!
“İşıq burada belə oldu, səs burada düzgün verilmədi, tərəf-müqabilim replikanı düz demədi, əlbəsəm mane oldu, dekorasiya yerində deyildi, orkestr o notu götürmədi…” və başqa onlarla bəhanələrlə oyunlarına gücləndirici vasitələr axtaran sənətçilərə sanki bir nümunə göstərdi Dilarə! Kim nə deyir-desin,səhnənin hakimi aktyordur! Dilarə sübut etdi ki, nə olur-olsun, bu belədir!
Dostlarım bəlkə də məni günahlandırarlar ki, “Ay kişi, bu başqa janrdır”. O qədər mono tamaşa ilə əslnümunə göstərən sənətkarlarımız (qadın sənətçilərimiz) var ki! Mənim üçün – ömrünün çoxunu sənətə, səhnəyə həsr edən bir insan üçün Dilarə Əliyevanın bu çıxışı tamaşaçını heyrətləndirərək məmnun edən əsil tamaşa oldu. Məncə indiyə kimi Azərbaycan səhnəsində bir saat iyirmi dəqiqə tamaşaçılarla üz-üzə qalaraq onların qəlbinə hakim kəsilmək heç kəsə müyəssər olmayıb. Heç kəs deyə bilməz ki, Dilarənin göstərdiyi bu məharəti o da göstərib və ya göstərə bilər. Sağ ol, Dilarə!
P.S. Oxuculara və Dilarəsevərlərə isə bir mesajım var: Dekabrın 26-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Dilarənin Yeni İl hədiyyəsi” olacaq. Gəlin, baxın, qoy bənzərsiz aktrisanın bu hədiyyəsindən sizə də pay düşsün. İnanıram ki, həmin gün bu teatrın möhtəşəm səhnəsindən qəlbinizə bir işıq hakim kəsiləcək. Çox arzu edirəm ki, həyatında nə qədər çətinliklər, təlatümlər yaşasa da, həmişə sizin qarşınıza gülümsər çöhrəsi ilə çıxmağa çalışan və bunu son dərəcə məharətlə bacaran, xoşbəxtliyini səhnədə, sənətdə tapan, ömrünü sizə vermiş bir aktrisanın istedadının parlaq işığı həmişə yol yoldaşınız olsun! Çünki bu, sənətin işığı, sənətkarın nurudur!

ƏLİQİSMƏT LALAYEV
Əməkdar incəsənət xadimi,
Fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see318

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see247

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see236

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see213

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see194

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see175

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see175

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see173

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see166

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see165

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see156

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see156

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see132

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see130

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see128

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see128

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see126

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri