Icma.az
close
up
RU
Bir gecənin işığı

Bir gecənin işığı

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir ki, elə dünən oldu, çünki təəssüratlar o qədər güclü və o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə o gündən ta indiyə kimi həmin gecə haqqında söz-söhbət, fikirlər davam edir. Bilirəm ki, çoxu onun telefonuna da öz rəylərini yazır, tanış olanlar da zəng edib bu xanımı təbrik edirlər.
Açması?
Son vaxtlar möhtəşəm Heydər Əliyev adına Saray qaynar fəaliyyəti ilə daha çox diqqəti çəkir. Ən müxtəlif konsert proqramları, tamaşaçıları ətrafına toplaya bilən saysız layihələr bu mədəniyyət ocağınıBakı əhlinin sevimli istirahət məkanlarından birinə çevirib.
Bəli, Dilarə Əliyevanın “Mintonasiya” adlı ilk stəndap (stand up) konsert-tamaşasından çıxan hər kəs bunu duydu və Dilarə ilə görüşdən sonra sözün həqiqi mənasında çox razılıqla evinə yollandı. Bu, sənət adamı ilə əsl görüş idi. Burada nə adət etdiyimiz dekorlar vardı, nə işıqlar bir effekt yaratmaq xatirinə yanıb-sönürdü, nə gecənin baş qəhrəmanı dəst-dəst libaslar dəyişirdi, nə musiqi vardı, nə müğənnilər, nə də rəqqaslar. Dilarə xanım özü tamaşaçı ilə təkbətək qalmışdı. Əsl səmimi söhbət alınmışdı. Dilarə xanım bizim hamımızı düşündürən məsələlərdən, problem və qayğılardan, zarafat kimi üstündən keçdiyimiz mətləblərdən doğmalıqla söhbət açırdı. Aktrisa onu yaxından tanıyan, bir sənətçi kimi onu sevib-dəyərləndirən insanlara çox doğma olmuşdu o gecə.Səhnədən gah qəhqəhə çəkib gülən, gah da gözlərinin dərinliyində yığılıb qalmış, nəmlənmiş kipriklərinə yol açan bir batman dərdindən xəbər verən söhbətləri elə sevgi ilə, elə nəfəs dərmədən danışırdı ki, həmin dəqiqələrdə sanki tamaşaçı onunla diz-dizə oturub, ən sevimli, ən yaxın, ən doğma, ən əziz adamı kimi dinləyirdi onu. O isə tamaşaçı ilə dolu olan iki min nəfərlik salona elə bir müsbət enerji ötürürdü ki, o anda yaranmış ovqatın təsirinə düşməmək mümkün deyildi.
Oyun bitdi və onun müzakirəsi elə qarderobdan başladı... Tamaşaçılar doğrudan da xoşbəxt idilər. Çünki onların çox sevdikləri Dilarə, sanki hər kəsin gözlədiyi söz-söhbəti onlarla bölüşmüşdü. Bu söhbətlərdə kimisi dost-doğmasını, kimisi qohun-qonşusunu, tanış-bilişini görmüşdü. Və yumorabələnmiş bu söhbətlər o qədər şirin idi ki, necə deyərlər, uğunmaqdan tamaşaçıların barmaqlarını kəssəydilər belə, xəbərləri olmazdı...
Kimisi bu konserti “stəndap” adlandırır – Azərbaycanın hələlik ilk xanım stəndapçısı kimi dəyər verir Dilarəyə, kimisi monotamaşa kimi qiymətləndirir bu çıxışı... Mənim üçün isə bu məqamda bu janrların heç bir əhəmiyyəti yoxdur... Mən o gecə o möhtəşəm sarayın o möhtəşəm səhnəsində bir AKTRİSA gördüm.Səmimiyyətdən doğan bənzərsiz gözəlliyi ilə, sözün həqiqi mənasında, bir AKTRİSA! Sözə qiymət veribən danışdığı hər kəlməni, hər söhbəti ölçüb-biçən bir AKTRİSA!
Dilarə Əliyeva bu gün teleməkanda öz çəkisi, öz sözü olan bir aparıcıdır, bir ssenarist və demək olar ki, öz verilişlərinin müəllifi olaraq əksər proqramlarınınqeyi-rəsmi rejissorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivinin rəhbəri” fakültəsini bitirən Dilarə xanımillər öncə daha çox televiziya verilişlərinin aparıcısı kimi populyarlaşıb (ATV-də “Çal-Çağır”, ARB-də “Söhbət var” və s.).
Tammetrajli filmlərdə (“Məhəllə”, “Cavid ömrü”, “Sübhün səfiri”, “Əfsanə qayıdır”, “Hoqqa”, “5 betər”, “Cin atı”, “Leyli və Məcnun”), televiziyatamaşalarında (“Yumurta”, “Bəylik dərsi”, “Gəlinlər”, “Mürafiə vəkilləri”), seriallarda (“Baldız”, “Üç bacı”, “Qayınana”, “Qaratikan”, “İkinci bahar”, “Kəndimizin Monikası”, “Yuxu kimi”) bütün istedadını nümayiş etdirə bilən, çəkildiyi kinolentlərdə bilavasitə, sözün yaxşı mənasında, sənəti ilə hökmranlıq edən Dilarə Əliyeva aktyor sənətinin butün çalarlarını sərgiləməyibacaran aktrisadır. Teatr səhnəsindəki çoxsaylı rolları da – Xatirə ("Məhəbbət yaşayır hələ”) qız nəvə (“Generalın son əmri”), Günay ("Durnalar qayıdanda”), Henrietta ("Dərəbəylik"), Badam ("Madam-Badam"), Gəlin ("Didərginlər"), Mişilin("Oğru"), Zərifə ("Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, diqqətdən heç vaxt kənarda qalmayıb. Bu gün aktrisanın hansısahədə daha uğurlu olduğunu incələmək istəsək, bunu bacarmayacağıq. Çünki Dilarə bütün işlərində çox maraqlı sənətçi olduğunu hər zaman sübut edib. Elə oktyabrın 26-da da biz bunun bir daha şahidi olduq. Dilarə indiyə qədər heç kəsin bacarmadığı bir sənət nümunəsi göstərdi. Tək! Yalnız! Heç kəsin və heç nəyin köməyinə ehtiyac düymadan!
“İşıq burada belə oldu, səs burada düzgün verilmədi, tərəf-müqabilim replikanı düz demədi, əlbəsəm mane oldu, dekorasiya yerində deyildi, orkestr o notu götürmədi...” və başqa onlarla bəhanələrlə oyunlarına gücləndirici vasitələr axtaran sənətçilərə sanki bir nümunə göstərdi Dilarə! Kim nə deyir-desin,səhnənin hakimi aktyordur! Dilarə sübut etdi ki, nə olur-olsun, bu belədir!
Dostlarım bəlkə də məni günahlandırarlar ki, “Ay kişi, bu başqa janrdır”. O qədər mono tamaşa ilə əslnümunə göstərən sənətkarlarımız (qadın sənətçilərimiz) var ki! Mənim üçün – ömrünün çoxunu sənətə, səhnəyə həsr edən bir insan üçün Dilarə Əliyevanın bu çıxışı tamaşaçını heyrətləndirərək məmnun edən əsil tamaşa oldu. Məncə indiyə kimi Azərbaycan səhnəsində bir saat iyirmi dəqiqə tamaşaçılarla üz-üzə qalaraq onların qəlbinə hakim kəsilmək heç kəsə müyəssər olmayıb. Heç kəs deyə bilməz ki, Dilarənin göstərdiyi bu məharəti o da göstərib və ya göstərə bilər. Sağ ol, Dilarə!
P.S. Oxuculara və Dilarəsevərlərə isə bir mesajım var: Dekabrın 26-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Dilarənin Yeni İl hədiyyəsi” olacaq. Gəlin, baxın, qoy bənzərsiz aktrisanın bu hədiyyəsindən sizə də pay düşsün. İnanıram ki, həmin gün bu teatrın möhtəşəm səhnəsindən qəlbinizə bir işıq hakim kəsiləcək. Çox arzu edirəm ki, həyatında nə qədər çətinliklər, təlatümlər yaşasa da, həmişə sizin qarşınıza gülümsər çöhrəsi ilə çıxmağa çalışan və bunu son dərəcə məharətlə bacaran, xoşbəxtliyini səhnədə, sənətdə tapan, ömrünü sizə vermiş bir aktrisanın istedadının parlaq işığı həmişə yol yoldaşınız olsun! Çünki bu, sənətin işığı, sənətkarın nurudur!

ƏLİQİSMƏT LALAYEV
Əməkdar incəsənət xadimi,
Fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Noyabr 2024 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see778

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see742

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see737

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see534

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see527

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see496

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see392

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see380

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see368

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see355

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see338

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see331

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see287

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see279

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see244

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see244

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see240

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see240

Qızılın qiyməti avqustun əvvəlindən ilk dəfə 4 100 dollardan aşağı düşüb

07 Oktyabr 2026 17:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri