Icma.az
close
up
RU
Bir gəncin yeni yazılan həyat hekayəsi

Bir gəncin yeni yazılan həyat hekayəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Aktauda təyyarə qəzasında sağ qalmış balakənli soydaşımız 

“Yeni Balakən” qəzetinin baş redaktoru Ramazan Abalovdan Məhəmmədi soruşanda “Onu kim tanımır ki?  – dedi. – Balakəndə kimdən soruşsanız, möcüzə nəticəsində sağ qalan bu cavan haqqında sevinclə danışar”. 

İki aydan sonra iyirmi yaşı tamam olacaq. Yeni Şərif kəndində doğulub. Orta məktəbi bitirəndən sonra Qroznı şəhərinə gedib. Bu da təsadüfi deyil. Çünki kafel ustası olan atası Eyvaz Papaxovun ailəsi oraya köçüb. Məhəmməd burada Moskva Hüquq Kollecinin Qroznı filialına daxil olub. 2023-cü ildə hərbi xidmətə getmək üçün Balakənə qayıdıb. Ordu sıralarında xidmət edib. Keçən ilin oktyabrında isə hərbi xidmətini başa vurub. 

Bu yazdıqlarım 20 yaşlı bir gəncin kiçik həyat hekayəsidir, amma Məhəmmədin heç ağlına da gəlməzdi ki, 2024-cü il dekabr ayının 25-də onun bu həyat hekayəsinə heç vaxt unuda bilməyəcəyi bir səhifə də yazılacaq… 

Yeni Şərif kəndində Papaxovların evini tapmaq o qədər də çətin olmur. Ramazanın dediyi kimi, soruşduğumuz hər kəsin üzünə təbəssüm qonur, yolu nişan verir. 

Bu da Məhəmmədin yaşadığı ev. Onu soruşuruq. “Evdədir, – deyirlər, – içəri keçin”. Stol arxasında oturub gözləyirik. Süfrəyə hər şey düzülüb. Son günlər Papaxovların evi qonaq-qaralı olduğundan bu yerlərin süfrəsinin şahı sayılan maxaraya qədər var. Budur, hündürboylu, yaraşıqlı bir oğlan o biri otaqdan keçib, bizə sarı gəlir. İllərin tanışı kimi görüşüb öpüşürük, bağrıma basıram. Söhbət edirik. Yuxarıda xatırlatdığımız kimi, hərbi xidmətdən qayıdıb, bir müddət istirahət edəndən sonra təhsilini davam etdirmək üçün dekabrın 25-də yenidən Qroznıya getməyi qərara alıb. Dekabrın 24-də avtobusla Bakıya yola düşüb. 

– Təyyarədəkilərin bəzilərini tanıyırdım, – deyir. – Bir neçəsi ilə elə hava limanında tanış oldum. Biletim 30-cu yerə idi. Gedib əyləşdim. Mən bu yolu çox getmişəm. Elə də uzaq deyil, təxminən bir saatlıq yoldur. Odur ki, adam heç yatmaq həvəsində də olmur. Dəqiq deyə bilmərəm, nə qədər vaxt keçmişdi, birdən möhkəm səs eşitdik. Düzü, əhəmiyyət vermədim, fikirləşdim ki, yəqin təyyarədə nəsə nasazlıq əmələ gəlib. Amma sonra hiss etdim ki, ciddi bir hadisə baş verib. Bir az keçdi, artıq açıq-aşkar görünürdü ki, əməlli-başlı gərginlik var. Vəziyyət o qədər də ürəkaçan deyil.Təyyarə bələdçisinin “Bütün qaydalara, təlimata uyğun əməl edin, narahat olmayın, hər şey yaxşı olacaq” sözləri, düzü, ürəyimə su səpdi. 

Elə bu vaxt arxada, 31-ci yerdə əyləşən gənc bir qadının əlini çiynimə toxundurub, “Xahiş edirəm, gəlib yanımda oturun, qorxuram” – deməsi yenə məndə narahatlıq yaratdı. Durub arxaya keçdim. Leyla adlı bu xanım başını çiynimə qoyub, əllərimi sıxaraq ağlayırdı, “İki balam yetim qalacaq” – deyirdi. Onu sakitləşdirməyə çalışırdım, amma bacarmadım. Adını sonralar bildiyim bələdçi Hökümə Əliyevanın qarşıda dayanıb sərnişinləri təmkinli olmağa çağırması və konkret olaraq nə iş görəcəyimizi bizə izah etməsi və bir də son günlər hamının dillər əzbəri olan “Hər şey yaxşı olacaq” sözlərini təkrarlaması bizə toxtaqlıq gətirirdi… 

Arxasını danışa bilmir, gözləri dolur. Anası Pirdas xanım gərginliyi yumşaltmaq istəyir, “Bəlkə çayınızı dəyişim, – deyir, – Xahiş edirəm, heç olmasa maxaradan dadın, qonşumuz bişirib, heç meyvə də yemədiniz”. 

Məhəmmədin gözlərinə baxıram – bir nöqtəyə dikilib. Qarşısındakı soyumuş çaydan bir qurtum alır, yenə söhbətinə davam edir: 

– Pəncərədən təyyarənin çırpılmağa doğru getdiyini açıq aydın görürdüm, bundan sonra heç nəyi xatırlamıram. Özümə gələndə gördüm ki, hər tərəfdən əməlli-başlı sıxılmışam.Yanımda oturan Leyla xanımın isə bir əlini gördüm. Özümü imkan daxilində sinəmə qədər çıxara bildim. Bir nəfər mənə kömək elədi, amma onun kim olmasını, düzü, bilmədim. Bilmədim ki, sərnişinlərdən idi, yoxsa oranın ­xilasedicilərindən idi… 

Məhəmmədi təcili Aktauda xəstəxanaya yerləşdirdilər, elə bu vaxt vatsap nömrəsinə zəng gəldi. Yaxşısı budur, Pirdas xanım özü danışsın: 

– Ürəyimdə bir narahatlıq var idi, – deyir. – Gecə də pis yatmışdım. Səhər yuxudan durub üzümü dağlara tutub o qədər dua eləmişəm ki… Evdə özümə yer tapa bilmirdim. Tez-tez həyətə çıxırdım. Görəsən, indiyə kimi niyə xəbər yoxdur? Axı oğlum çoxdan çatmalı idi. İnanın, dayanmadan yığırdım və birdən... 

Qəhər onu boğur. Bayaqdan, yuxarıda dediyim kimi, vəziyyəti yumşaltmaq istəyən Pirdas xanım indi özü danışa bilmir. Söhbəti yenə Məhəmməd davam etdirir: 

– Gördüm anamdır, tez telefonu açdım. İlk sualı bu oldu: “Ay oğul, hardasan, bayaqdan sənə zəng çatmır. Həyəcanlı olduğunu açıq-aydın hiss edirdim. Odur ki, hər şey qaydasındadır, – dedim. – Xəstəxanadayam, yüngül xəsarət almışam. Mən hardan biləydim ki, təyyarənin qəzaya düşməsindən onun xəbəri yoxdur… 

Hörmətli oxucu, mən burda bu sözlərdən sonra Pirdas xanımın hansı hisslər keçirdiyini, hansı vəziyyətə düşdüyünü yazıb sizi kövrəltmək istəmirəm. Yeni Şərif Bələdiyyəsinin sədri Murtuzəli Nuriyevin söylədiklərini, gələcəkdə Balakəndən olan yazıların hansındasa xatırlayarıq. 

Soruşa bilərsiniz, bəs Məhəmmədin atası Eyvaz Papaxovla niyə görüşmədiniz? Bunun da günahı, təbii ki, bizdəydi. Gərək əvvəlcədən xəbərdarlıq edərdik. Bu hadisəni eşidib Azərbaycana qayıdan Eyvaz, bəlkə, desək də, evdə olmayacaqdı. Çünki həmin gün o hərbi xidmətdə olan, qardaşı Məhəmmədi görmək üçün məzuniyyətə gələn o biri oğlu Muradı yola salmağa getmişdi. 

Ayrılanda Məhəmmədə bir sual verirəm: 

– Baş vermiş dəhşətli qəza heç yuxuna girirmi? 

Bir kəlmə ilə cavab verir: “Yox”. 

Sağollaşırıq. Həyət qapısına çatanda isə başqa sual yadıma düşür: 

– Sənin yanında olan o xanımla maraqlandınmı? 

Sualıma sualla cavab verir: 

– Məni yanına çağırmaqla həyatımı xilas edən Leyla xanımı deyirsiniz? Əlbəttə, xatırlayıram. Allah bilir, arxa oturacağa keçməsəydim, nə olacaqdı. Bakıda xəstəxanada olanda birinci onunla maraqlandım, Allaha çox şükür, – dedilər, –  sağdır. Dünən zəng vurmuşdu. 

İlqar Həsənov,
 “Xalq qəzeti”nin bölgə müxbiri 

Balakən

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri