Icma.az
close
up
RU
Bir həftədir məktəblərdə tədris “iflic” olub, distant təhsilə niyə keçə bilmirik?

Bir həftədir məktəblərdə tədris “iflic” olub, distant təhsilə niyə keçə bilmirik?

Icma.az bildirir, News24 portalına istinadən.

Ekspertlər deyir ki, insanların təhsil hüquqları pozulub; “Təhsildə olan geriliyimiz, bir az da artdı”

Qarın yağması ilə hər il işıq, qaz, su problemləri daha çox gündəmdə olurdu, bu il isə sadalanan sahələrdə elə də ciddi problemlərin olduğunu müşahidə etmədik. Yalnız nəqliyyatla bağlı problemləri istisna etsək, bu il şikayətlər xeyli az oldu. Təhsil xaric... Ötən həftədən bəri havanın kəskin dəyişməsi, qarın yağması səbəbindən valideynlər övladlarını məktəbə buraxmadılar. Həm yolların sürüşkən olması, həm də məktəblərin normal isidilməməsi səbəbindən əksəriyyət uşağını məktəbə yollamadı. Elm və Təhsil Nazirliyindən isə hava şəraiti ilə bağlı məktəblərdə tədrisin dayandırılması qərar verilmədi, əksinə bildirildi ki, əvvəlki qaydada davam edəcək. Bununla belə, bəzi universitetlər dərsləri onlayn şəkildə keçirəcəyi ilə bağlı qərarlarını açıqladılar. Valideynlər orta məktəblərdə də dərslərin onlayn formada tədris ediləcəyinə ümid bəsləsələr də, bu baş vermədi. Bəs niyə Elm və Təhsil Nazirliyi fövqəladə vəziyyətlərdə çevik qərar verə bilmir? Niyə distant təhsilə keçə bilmirik? Onu da qeyd edək ki, sabahdan yenidən havanın soyuyacağı, qar yağacağı bildirilir. İl ərzində bayram tətillərinin sayının çoxluğunu da nəzərə alsaq, şagirdlər təhsildən xeyli yayınmış olurlar. Valideynlərin əsas narazılığı isə kiçik və böyük summativ qiymətləndirmə zamanı həddən artıq böyük tələblərin qoyulmasıdır. Çünki qısa zamanda böyük dövrü əhatə edən proqrama cavab verilməsi tələb edilir. Halbuki uşaqlar bu proqramı tam mənimsəməmiş olurlar...

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Son günlərdə Azərbaycanda müşahidə olunan güclü qar yağışı və əlverişsiz hava şəraiti nəticəsində bəzi valideynlər övladlarını məktəbə göndərməkdən çəkinib, bəzi universitetlər isə dərsləri onlayn formata keçiriblər. Lakin ümumtəhsil məktəbləri ilə bağlı belə bir qərar verilməyib, nəticədə şagirdlər bir həftə ərzində təhsildən kənarda qalıb. Elm və Təhsil Nazirliyinin bu cür hallarda çevik qərar verməməsinin və distant təhsilə keçidin çətinlikləri bir sıra insanın təhsil hüququnu pozub. Düzdür, Azərbaycanda distant təhsilin səmərəli təşkili üçün müvafiq infrastruktur və texniki təminatın tam formalaşmaması əsas problemlərdən biridir. Xüsusilə ucqar bölgələrdə internet bağlantısının zəifliyi və ya olmaması, həmçinin şagird və müəllimlərin kompüter və digər texniki vasitələrlə təminatındakı çatışmazlıqlar distant təhsilin tətbiqini çətinləşdirir. Bu məsələlər pandemiya dövründə də aktual olmuş və təhsilin keyfiyyətinə mənfi təsir göstərib.

Distant təhsilin geniş miqyasda tətbiqi üçün müvafiq hüquqi və təşkilati çərçivənin tam formalaşdırılması vacibdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsində əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramlarının tətbiq edilməsi nəzərdə tutulur. Lakin distant təhsilin təşkili və tənzimlənməsi ilə bağlı detallı normativ-hüquqi aktların olmaması bu sahədə çətinliklər yaradır. Məsələn, 2014-cü ildə qəbul edilmiş “Formal təhsilin təşkili Qaydaları”nda evdə təhsil alan uşaqların ümumi təhsilinin distant formada təşkili qaydalarının Təhsil Nazirliyi tərəfindən müəyyən edilməsi qeyd olunsa da, bu istiqamətdə konkret addımların atılması zəruridir.

Distant təhsilin effektivliyi üçün müəllim və şagirdlərin bu təhsil formasına hazırlığı mühüm əhəmiyyət kəsb edir. Müəllimlərin onlayn tədris metodikası və texnologiyalarına dair bilik və bacarıqlarının artırılması, şagirdlərin isə rəqəmsal savadlılığının yüksəldilməsi vacibdir. Bununla yanaşı, valideynlərin də bu prosesdə fəal iştirakı və dəstəyi önəmlidir”.

Kamran Əsədov əlavə edib ki, distant təhsil, əlverişsiz hava şəraiti və digər fövqəladə hallarda təhsilin davamlılığını təmin etmək üçün effektiv vasitədir: “Lakin onun tətbiqi zamanı bir sıra çatışmazlıqlar da nəzərə alınmalıdır. Məsələn, internet bağlantısının zəif olduğu bölgələrdə dərslərin keyfiyyəti aşağı düşə bilər, həmçinin əyani ünsiyyətin olmaması şagirdlərin sosial bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər. Dünya praktikasında distant təhsil müxtəlif formalarda tətbiq edilir. Məsələn, ABŞ-da universitetlərin bağlanması halında, həmin universitetlərin akademik qeydləri və diplomları adətən digər təhsil müəssisələrinə və ya dövlət arxivlərinə ötürülür. Bu, məzunların diplomlarının etibarlılığını və tanınmasını təmin edir. ABŞ Təhsil Departamenti, bağlanan universitetlərin tələbə və məzunlarına dəstək olmaq üçün xüsusi qaydalar və prosedurlar tətbiq edir. Bu tədbirlər, məzunların akademik qeydlərinin qorunması və onların gələcək təhsil və karyera planlarına mənfi təsirlərin minimuma endirilməsi məqsədi daşıyır.

Böyük Britaniyada isə ləğv olunan universitetlərin məzunlarının diplomları dövlət tərəfindən tanınmağa davam edir və məzunlar üçün xüsusi məlumat bazaları yaradılır. Bu, işəgötürənlərin və digər təhsil müəssisələrinin məzunların kvalifikasiyalarını təsdiqləməsinə imkan verir. Böyük Britaniya hökuməti, belə hallarda məzunların hüquqlarını qorumaq və onların diplomlarının etibarlılığını təmin etmək üçün müvafiq qanunvericilik və tənzimləyici tədbirlər həyata keçirir.

Elm və Təhsil Nazirliyinin çevik qərar vermə qabiliyyətinin artırılması və distant təhsilin geniş tətbiqi üçün infrastrukturun təkmilləşdirilməsi, hüquqi və təşkilati çərçivənin gücləndirilməsi, müəllim və şagirdlərin hazırlığının artırılması istiqamətində addımlar atılması vacibdir. Bu tədbirlər, gələcəkdə oxşar vəziyyətlərdə təhsilin fasiləsizliyini təmin etməyə kömək edəcəkdir”.

Dosent İlham Əhmədov də mövzu ilə bağlı fikrini bildirib. O deyir ki, distant təhsil bu günün və sabahın təhsilidir: “İnkişaf etmiş təhsil sistemlərinə malik ölkələrdə bu həqiqəti 25 ildir qəbul ediblər. Distant təhsilin inkişafı istiqamətində də çox işlər görüblər. Təəssüf ki, ölkəmizdə təhsil məmurları bu sadə həqiqəti vaxtında düzgün qiymətləndirə bilmədilər, bu həqiqəti qəbul etmədilər. Onsuz da təhsildə olan geriliyimiz, bir az da artdı.

Biz təhsil tədqiqatçısı olaraq 20 ildən çox müddətdə bu mövzuda maarifləndirici məqalələr yazdıq, çıxışlar etdik. Hələ 2005-ci ildə "Azərbaycanda distant təhsilin yaradılması və inkişafı strategiyası"nı hazırlayıb Təhsil Nazirliyinə təqdim etdik. Amma dəyirman öz işində idi. Son illər UNEC-də bu istiqamətdə ciddi işlər görülüb. İnanıram ki, müvafiq qurumlar dəstək versələr, nəhayət bizim ölkəmizdə də distant təhsil sistemi yarana bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Fevral 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri