Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

İnsan sağlamliğina verilən dəyər

Bir həyat hekayəti Əli­səf­dər Hüseynov yazır

Bir həyat hekayəti Əli­səf­dər Hüseynov yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əlisəfdər HÜSEYNOV

Bikə arxın başına qayıdanda qızı görmüşdürsə, elə indilərdə başıalovlu gəlməliydi. Amma anlar, dəqiqələr ötür, Bikə isə gəlmirdi və gəlin ürəyində özünün bayaqkı qənaətlərini yalana çıxarmaq üçün indi döşlərinin arasını yandıran onluğun Bikənin olmaması barədə  cürbəcür fərziyyələr quraşdırırdı. Fikirləşirdi ki, onluğun Bikənin  olub-olmamasını bu dünyada indi yəqin bir Bikənin özü, bir də Allah bilir. Nə olsun uşağın qabağınca arxın başında imiş? Bəlkə onluq bundan bir saat, üç saat, lap beş saat əvvəl düşüb ora, palçığın içində öz tapanını - təzə sahibini gözləyirmiş? Belə olan halda qismətinə düşmüş bu qazancı öz əli ilə Bikəyə vermək axmaqlıq deyildimi? Yoxsa Bikə də sarsağın biriydi və yastı-yastı ona züy tutacaqdı ki, bıy, ay bacı, mən qızıl-zad itirməmişəm, görəsən,  hansı tifil salıb. Gərək axtarıb sahibini tapaq. Belə yerdə deyiblər ey, ağlına keçə yamayım. Lap tutaq ki, onluq Bikənindir, uşağın gördüyü qaraltı da elə o imiş. Nə olsun? Bir halda ki, onluq Allahın hökmüylə Bikənin boynundan düşmüşdü və Allahın buyuruğu ilə bu onluğu bir başqası yox, məhz onun qızı tapmışdı, deməli, onluq Bikəyə yox, ona - yəni gəlinə qismət imiş. Bir halda ki, belədir, onda Allahın buyruğundan çıxmaq olmazdı, çünki yenə də Allah-Təala özü buyurub ki, qismətinə təpik atan axmaq adamdır.

Burada gəlin hopbala Şakiri xatırladı, yadına bu qapıya təzə gəlin gəldiyi vaxtlar ərindən eşitdiyi bir əhvalat düşdü. Əri danışmışdı ki, hələ ağlını itirib hopbala olmamışdan əvvəl günlərin birində Şakir nə işləsə bağlı Bakıya gedir. Günorta acır, girir yeməkxanalardan birinə ki, çörək yesin. Yeməkxananın içində əl yumaq üçün yer varmış. Deməli, Şakir yaxınlaşır oraya, əlini yuyanda birdən görür, paho, brilyant qaşlı bahalı bir üzük bunun yolunu gözləyir. Kimsə əlini yuyanda unudub qoyub burada. Şakir də  üzüyü götürüb təpəsi üstə dala qayıtmaq əvəzinə, yaxınlaşır kassir qadına ki, bəs a bacı, kimsə bunu unudub qoyub əlyuyulan yerdə.  Hər kimdir yazıqdır, yəqin qayıdacaq bura. Gəlin köməkləşib savab bir iş görək. Mən üzüyü  verirəm sizə, siz də sahibi gələndə qaytararsınız ona. Kassir rus imiş.  Üzüyü götürür, qayıdır Şakirə deyir ki, oy, kakoy vı milıy, xoroşiy çelovek. Obyazatelno otdam. Şakir səhər yolunu yenə o yeməkxanadan salır, yaxınlaşıb kassirdən soruşur nə oldu, bacı, üzüyün sahibi gəlib çıxdı? Kassir gözünə döndüyüm də bir hay-küy qaldırır ki, gəl görəsən.  Deyir, nə üzük, mənə şər atırsan? Sonra da zəng vurub milis çağırır, deyir bu fırıldaqçını tutun, salın dama. Şakir yazıq canını zorla qurtarır.

Gəlin nədənsə bu hadisənin doğruluğuna inana bilmirdi. İnana bilmirdi ki, insan bu qədər təmiz və bu qədər sadəlövh olsun. Hərçənd Şakirin taleyi, onun sonrakı həyatı məhz birə bir sadəlövhlüyün, uşaq ağlının labüd sonluğu idi.

Şakir yetimçiliklə böyümüşdü. Öz gücünə gedib Bakıda universitet oxumuşdu. Deyirlər, o qədər savadlı, bilikliymiş ki, hopbala olmamışdan əvvəl hamı ona "kəllə Şakir" deyirmiş. İşi-peşəsi qalın-qalın kitablar oxumaq imiş. Hamı deyirmiş ki, bu gədə bilikdən, oxumaqdan havalanacaq. Şakir doğrudan da havalandı, amma bilikdən yox, sadəlövhlüyünün, həmin o uşaq təmizliyinin ucbatından. Kənddə müəllim işləyə-işləyə, alim olmaq fikrinə düşür bədbəxt. Ayaq açır Bakıya, gedir bir məşhur professorun yanına ki, bəs mən elmdə filan, filan yeniliklər eləmişəm. İstəyirəm mövzu götürəm, müdafiə eləyəm. Həmin alim də şeytana papuş dikənlərdən imiş. Salır bunu get-gələ. Deyir, get filan məsələni də araşdır, nəticəsini öyrən, gəl, nə bilim, fikirlərin hələ çiydir, əsassızdır, gərək şübut edəsən və s. və i.a. Bu yazıq da qayıdıb deyilənləri eləyir. Hər dəfə təzə-təzə ideyalarla qayıdırmış professorun yanına. Beləcə, bir il keçir, axırda dözə bilmir, deyir, ay professor, axı mən yoruldum, mövzumu təsdiq eləyin, işləyim də. Həmin professor gözünə döndüyüm də qalın bir kitabı çıxardıb qoyur ortaya və qayıdır ki, axmaq oğlu axmaq, mən neçə ildir, gecə-gündüz bu problemin həlli ilə məşğulam. Saç-saqqalımı ağardıb bu boyda kitab yazmışam. İndi sən də mənim kitabımı oxuyub, gəlmisən ki, filan şey elə, bəhman şey belə? Dur, burdan elə sürüş ki, heç izin də qalmasın, yoxsa milis çağıraram.

Şakir o sürüşən sürüşdü, havalandı, oldu indiki hopbala, başladı kəndin uşaqları ilə qarğa at çapmağa, eşşəkmindi oynamağa. Deyilənə görə, o professor da həmin kitabın hesabına dönüb oldu dünyanın ən böyük alimlərindən biri. İndi səsi, sorağı Amerikadan, Fransadan gəlirdi. Dünyanın müxtəlif ölkələrində neçə-neçə adam onun elmi məqalələrini oxuyur, bəşər elminə gətirdiyi ideyalara heyran kəsilirdi. Və heç kimin də ağlına gəlmirdi ki, həmin o qiymətli ideyaların, kəşflərin əsl müəllifi filan kəddə uşaqlarla eşşəkmindi oynayır.

Nə isə, hopbala Şakir, onun qəribə taleyi öz yerində, amma gəlinin ürəyi səksəkə içində idi, nanə yarpağı kimi əsirdi. Gözü qapıda qalmışdı, Bikə hər an qapını açıb, özünə qarğış edə-edə həyətə girə bilərdi. "Ay, bacı, kaş boynum sınaydı, kaş ayaqlarım quruyaydı" və s. və i.a.

Qızıl onluq Bikənin idisə, həqiqəti gizlətməklə gəlin günah iş tutmurdu ki? Hər halda itki itkidir. Adam lap bir manatını itirəndə də əzab çəkir, onda qalmış qızıl onluq ola. İndi Bikə də bir Allah bilirdi itirdiyi o onluğa görə nə qədər əzab çəkirdi. Və sən - bu əzabların baiskarı istəsən, bircə dəqənin içində hər şeyi yoluna qoya bilərsən. Amma istəmirsən. Əlbəttə, burada günaha bənzər nəsə vardı. Amma gəlinə görə günahın özü yox, ona bənzər bir şey olduğuna görə buna göz yummaq, ən pis halda alacağı cəzanın o qədər böyük və amansız olmayacağına bel bağlamaq olardı. Bikə kəndə elan eləməyəcəkdi ki, bəs mən filan yerdə filan şey itirmişəm, xahiş edirəm, tapan gətirsin. Lap o televiziyada verilən elanlar kimi: "Filan yerdə içində sənəd və çoxlu pul olan çanta itirmişəm, xahiş edirəm tapan qaytarsın. Çantanı qaytaranı  mükafat gözləyir". Ay sənin ağlını yeyim, kimdir o bir çanta pulu qaytaran? Qismətidir ki, tapıb da. Ağlı olan da qəpik-quruş xatirinə qismətindən qaçar? Lap tutaq ki, o çantanı qaytarmamaqla günah eləyir. Nə olsun? Allah özü buyurub ki, günah əməllər üçün tövbə qapısı həmişə açıqdır.

Gəlin pilətənin üstündəki çaydanın dızıltısına qulaq asa-asa bu cür fikirləşir, düşüncələrinin axarı ürəyincə olduğuna görə kefi durulur, qəlbindəki səksəkə, qərarsızlıq tədricən xətircəmlik duyğusu ilə əvəz olunurdu.

Bikə gəlmədi.

Sonra qayınanası zarıdı. Gəlin bu zarıltıdan işin nə yerdə olduğunu, əlbəttə ki, anlamalı idi. Mətbəxin küncündəki yaş əskini götürüb, dinməz-söyləməz qonşu otağa keçdi, işini görüb geri qayıtdı. Daha sonra çay dəmlədi və qayınanasının qulpuqırıq fincanına çay süzüb, təzədən yan otağa qayıtdı.

Arvad tamam üzülmüşdü, hay-hayı gedib, vay-vayı qalmışdı. Bir vaxtlar kəndin ən xanım-xatın arvadlarından olan qayınanası indi quruyub qaxaca dönmüşdü. Gəlin bilirdi ki, arvad son günlərini yaşayır, tezliklə Qurban kişi kimi yanını qatlayacaq. Və indi, kürəyini divara söykəyib, sidik iyi verən,  gündə azı iki dəfə islanan döşəkçənin üstündə oturmuş bu qarının ruhu tezliklə yeni, görünməz ömrünü yaşamağa başlayacaq.

Gəlin ruhun ölməzliyinə inanırdı. Bunu ilahi bir inam kimi bilirdi və indi də yüz faiz əmin idi ki, Qurban kişinin incik ruhu bu dəqiqə, lap elə bu an həyətin, yaxud evin hansısa bir yerində dayanıb onları seyr edir.

Amma gəlin onun qiyafəsini, görkəmini heç cür təsəvvürünə gətirə bilmirdi. Görəsən, o ruhundamı belə azca donqar, boynu azca bükük idi? Odamı təsbehini aramsız şaqqıldadırdı? Bəlkə heç o ruh deyilən şeylə insanın bu dünyada görkəmi arasında heç bir oxşarlıq, bənzəyiş olmur. Bəlkə Qurban kişinin ruhu bu həyətdə beli azca donqar, boynu azca bükük qoca kimi yox, ora-bura uçuşan kəpənəklərin görkəmində dolaşırdı. Hər halda bu dünyada hələ heç kim bir kimsənin ruhunu görməmişdi. Amma ruh deyilən şey, əlbəttə, var idi. Gəlin buna hava, su kimi inanırdı. Və gəlin ona da inanırdı ki, Qurban kişinin ruhu gec-tez onları bağışlayacaq, bu həyətdə, bu ocaqda qoyub getdiyi adamların -  oğlunun, gəlinin iztirablarına son qoyacaq, haqq dünyasına qovuşanda macal tapıb yerini nişan verə bilmədiyi amanatı hansı bir yollasa - ola bilsin ki, deyə bilmədiklərini kiminsə yuxusuna söyləyəcək, yaxud ərininmi, özününmü qulaqlarına lap nağıllarda olduğu kimi qeybdən səs gələcək - onlara çatdıracaqdı.

Hərdən gəlinə ilə gəlirdi ki, qayınanasının ətəyindən bu sayaq bərk-bərk yapışmağı, canını dişinə tutub onun sərsəmləmələrinə dözməyi də Qurban kişinin hər gecə yuxusuna gələ biləcək ruhunu özündən küsdürməmək, incik salmamaq üçündür. Yoxsa gündə  ən azı bir dəfə arvadın altını təmizləmək, həftədə bir dəfə vannaya qoyub çimizdirmək, Allahın verən günündə neçə dəfə "Qoymayın, öldürdü!" oyununun tamaşasına durmaq bu qədər xoş idimi ki, baldızı bu qapıya hər dəfə ayaq basanda, "Anama baxmırsan, götürüb aparacam" deyəndə ürəyi ayaqlarının altına düşürdü? Bu qorxu son ümidin də sönəcəyindən, son imkanın, şansın da əldən çıxacağından yaranan qorxu idi. Ona görə də baldızının, eltisinin hər hücumundan sonra gəlin daha da yardımcanlı olurdu, qayınanasını min dillə dindirirdi. Oğlunu çağırıb qayınatasının ruhuna yasin oxutdurmağı da ki öz yerində.

Bəlkə də dünyada heç bir ölünün ruhuna bu qədər yasin oxunmamışdı. Amma...

Görəsən, o sarsaq fikir gəlinin ağlına hardan gəlmişdi?

Bir axşam eyvanda oturub, şor-çörək yeyə-yeyə həyətdə çiçəklənmiş alça, gilas ağaclarına baxa-baxa bu qarışıq, çalxanan zamanda adam kimi yaşamağın çətinliyi, kasıbçılığın əzabı barədə düşünür, ürəyindən qara qanlar axırdı. Gəlin fikirləşirdi ki, bu il həyətin meyvəsini lap son dənəsinə qədər satsalar belə, yenə də ən yaxşı halda qıtlığını çəkməyəcəkləri, doyunca yeyəcəkləri elə bu şor və çörək olacaq. Nə vaxtsa eşitmişdi ki, kasıbın başına lap bir vedrə qızıl tök, fərqi yoxdur, kasıb elə kasıbdır. Görəsən, doğrudanmı belə idi?

 (Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Avqust 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see402

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see317

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see242

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see239

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see238

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see235

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see234

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see233

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see226

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see225

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see215

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see215

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see208

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see205

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see193

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see192

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see185

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see175

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see166

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri