Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Bir kəmər, bir yol”a təhlükə: Hansı ölkədən gəlir?

“Bir kəmər, bir yol”a təhlükə: Hansı ölkədən gəlir?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Çin Tacikistanla təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir. 

Bunun əsas səbəblərindən biri Əfqanıstan ərazisindən hər iki ölkəyə olan təhlükədir. Pekin Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rejimi ilə əməkdaşlıq etsə də, taliblər ölkədəki müxtəlif silahlı qruplara nəzarət etmirlər. 

Həmin qruplar, Əfqanıstana qonşu olan ölkələrə təhlükə yaradılar. Bu səbəbdən Çin 2017-2018-ci illərdə Tacikistanın Əfqanıstanla sərhədində 12 müşahidə qurğusu tikib”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Exan Şahinoğlu deyib. 

Ümumlikdə Çinin Tacikistanda maliyyələşdirdiyi 15 hərbi və təhlükəsizlik qurğusunun inşa edildiyi sənədləşdirib: 

“Çinə məxsus “Huawei” avadanlıqları Tacikistanın simsiz rabitə istifadəçilərinin təxminən 70 faizinə xidmət göstərir və paytaxtın "Təhlükəsiz Şəhər" kamera şəbəkəsi 21 milyon dollarlıq Çin krediti ilə qurulub. 

Tacikistan parlamenti bu ilin martın 4-də ölkənin Əfqanıstanla sərhəd boyunca əlavə olaraq doqquz sərhəd qurğusunun tikintisi üçün Çin tərəfindən maliyyələşdirilən layihəni təsdiqləyib. Layihənin ümumi dəyəri Pekin tərəfindən geri qaytarılmayan qrant kimi təxminən 61 milyon dollar civarında qiymətləndirilir. 

Bunun müqabilində Düşənbə layihəni vergilərdən, gömrük rüsumlarından və digər məcburi ödənişlərdən azad edəcək. Tikinti işləri müşahidə məntəqələri və qərargahlar da daxil olmaqla 17.109 kvadrat metrlik obyekti üç mərhələdə əhatə edəcək. Çin şirkətləri bu məqsədlə avadanlıq, giriş yolları, su təchizatı və elektrik bağlantısı təmin edəcəklər”.

Onun fikrincə,Tacikistanın Çinlə birgə Əfqanıstanla sərhədi daha çox nəzarət altına alması bölgədə artan gənginliklə əlaqəlidir: 

“2025-ci ilin noyabr ayının sonlarında partlayıcı qurğu daşıyan pilotsuz təyyarə Xatlon vilayətində Çinin qızıl mədən şirkətinə məxsus əraziyə zərbə endirdi və nəticədə üç çinli işçi həlak oldu. 

Tacikistan hakimiyyəti hər iki hücumun Əfqanıstanın Bədəxşan əyalətindəki kəndlərdən qaynaqlandığını bildirdi. Məhz bu hadisədən 3 ay sonra Tacikistan Çinlə birgə Əfqanıstanla sərhəd məntəqələrinin sayının artırılması qərarına gəldilər. 

Əfqanıstan ərazisindən edilən hücumdan sonra Tacikistanla Çini birləşdirəcək beynəlxalq avtomobil yolunun tikintisi dayandırılıb və Çinin Düşənbədəki səfirliyi sərhəd yaxınlığındakı işçilərə təxliyə əmri verib və Tacikistan hakimiyyətindən onların qorunmasını təmin etmək üçün "lazımi tədbirləri" görməsini tələb edib. 

Hücumları heç bir qrup öz üzərinə götürməyib, ancaq hərbi ekspertlər terrorun arxasında Xorasan əyaləti İslam Dövlətinin (İŞİD) olduğunu bildiriblər.

Əfqanıstan ərazisindən edilən terror hücumları Pekinin ideya müəllifi olduğu və Mərkəzi Asiyadan keçən “Bir Kəmər, Bir Yol” latyihəsinə və yatırımlarına təhdiddir. Çin Tacikistanın ən böyük yatırımçı ölkəsidir. Tacikistanın Çinə borcu 800 milyon dolları aşıb. 

Bu Tacikistanın Çindən asılılığını artırıb. Buna baxmayaraq, Pekin Tacikistana pul xərcləməkdən imtina etmir. Tacikistanın Əfqanıstanla 1344 kilometrlik sərhədi və Çinin Sincan bölgəsinə yaxınlığı onu vacib təhlükəsizlik buferinə çevirib.

Çin lideri Si Cinpin 2014-cü ildə xəbərdarlıq etmişdi ki, münaqişə zonalarından qayıdan uyğur döyüşçülər Əfqanıstanı birbaşa Sincanla birləşdirən dar Vaxan dəhlizi vasitəsilə Çinə hücumlar üçün Əfqanıstan ərazisindən istifadə edə bilərlər. Çinin Takicistan-Əfqannıstan sərhədini daha da möhkəmləndirməsinin səbəblərindən biri də budur. 

Çin Tacikistanla təhlükəsilik sahəsində əməkdaşlığı genişləndirərkən, Rusiya ilə rəqabət aparmaq istəmir. Tacikistan Rusiyanın təsis etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. 

Rusiyanın bu ölkədə hərbi bazası var. Tacikistan silah və hərbi texnikaya olan tələbatının təxminən 90 faizini Rusiyadan alıb. Çinin Tacikistanın sərhəd təhlükəsizliyini gücləndirməsi Rusiyanın da maraqlarına uyğundur. 

Çünki, Çin kimi Rusiya da Əfqanıstandakı müxtəlis silahlı qrupların bölgəyə yayılmasını istəmir”.

Xəzər
“Cebheinfo.az 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri