Icma.az
close
up
RU
“Bir pəncərə” sistemi yalnız kağız üzərində yox, real həyatda işləməlidir

“Bir pəncərə” sistemi yalnız kağız üzərində yox, real həyatda işləməlidir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Sahibkarla görüşəndə mən həmişə bir şeyi düşünürəm: Sahibkarın arxasında təkcə bir şirkət, mağaza və ya istehsal sahəsi yoxdur. Orada insanların iş yeri, ailələrin dolanışığı, dövlətə ödənilən vergilər və ölkənin iqtisadi gələcəyi var.
Sahibkar qazandıqca dövlət də qazanır. Ona görə sahibkara maneə yaratmaq, əslində, öz iqtisadi imkanımıza maneə yaratmaqdır. Sahibkarın dövlətdən istədiyi imtiyaz deyil, normal və proqnozlaşdırılan iş mühitidir. Qaydalar aydın, prosedurlar sadə, qərarlar sürətli və münasibət ədalətli olmalıdır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Razi Nurullayev deyib. O bildirib ki, “bir pəncərə” sistemi yalnız kağız üzərində yox, real həyatda işləməlidir:
"Sahibkar eyni məsələ üçün müxtəlif qurumların qapısını döyməməli, vaxtını və enerjisini bürokratiyaya deyil, biznesini böyütməyə sərf etməlidir. Lisenziya, icazə, torpaq, kredit, vergi, gömrük və kommunal məsələlərində təkrarlanan prosedurlar mümkün qədər aradan qaldırılmalıdır.

Düşünürəm ki, sahibkarlığın qarşısında duran əsas məsələlərdən biri də maliyyəyə çıxışın asanlaşdırılmasıdır. Xüsusilə yeni başlayan və istehsal yaradan sahibkar üçün münasib şərtli kredit, zəmanət və sığorta mexanizmləri genişləndirilməlidir. Dövlət sahibkara hər şeyi hazır verməməlidir, amma onun ayaqda qalmasına və böyüməsinə mane olan süni baryerləri aradan qaldırmalıdır".
Deputat qeyd edib ki, sahibkara yalnız “vergi ödəyən şəxs” kimi baxmaq düzgün deyil:
"O, dövlətin sosial yükünü də müəyyən qədər üzərinə götürən tərəfdaşdır. İş yeri yaradır, insanlara gəlir qazandırır, məhsul istehsal edir, xidmət göstərir və iqtisadi fəallıq yaradır.
Azərbaycanın inkişaf etmək üçün həm insan resursu, həm bazar, həm də böyük iqtisadi potensialı var. Bizim əsas vəzifəmiz bu imkanların qarşısına lazımsız maneələr qoymamaqdır. Dövlət, sahibkar və vətəndaş bir-birinə mane olan tərəflər yox, eyni iqtisadi sistemin üç dayağı olmalıdır".
Razi Nurullayevin sözlərinə görə, sahibkarın işi asanlaşdıqca yeni iş yerləri yaranacaq, istehsal artacaq, vergi bazası genişlənəcək və insanların rifahı yüksələcək:
"Mənim üçün sağlam sahibkarlıq mühiti məhz budur: dövlət sahibkara yol açır, sahibkar isə həmin yolla ölkənin iqtisadiyyatını irəli aparır".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Avqust 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri