Bir qəza iki can itkisi… Bir ailənin faciəsi… Rövşən Tağıyevdən sürücülərə çağırış FOTOLAR
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bu gün səhər saatlarında Zərdab rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində əvvəlcə bir nəfər, daha sonra isə xəstəxanada azyaşlı uşaq həyatını itirib. Qəza zamanı eyni ailənin bir neçə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb”. Avtosfer.az xəbər verir ki, bu sözləri Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev deyib.
“Hadisə bir daha sübut edir ki, sükan arxasında bir anlıq səhv, bir ailənin taleyini tamamilə dəyişə bilər. Bu faciə bir evin içində iki dəfə qara xəbər kimi yaşanıb — əvvəl sürücünün atası, sonra isə 2 yaşlı övladı…” – deyə şöbə rəisi qeyd edib.
R.Tağıyev sürücülərə çağırış edib ki, yol bağışlamır. Səhv qərar həyat aparır: “Sürət həddinə əməl edin, Sükan arxasında diqqətli olun, Sükan arxasında yalnız öz həyatınızı yox, sevdiklərinizi də daşıdığınızı unutmayın”.
O, sonda həlak olanlara Allahdan rəhmət, ailələrinə səbr, xəsarət alanlara şəfa diləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Dekabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















