Icma.az
close
up
RU
Bir şagirdin məktəbə getməsinə nə qədər pul lazımdır? Ekspert hesabladı

Bir şagirdin məktəbə getməsinə nə qədər pul lazımdır? Ekspert hesabladı

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni tədris ilinin başlanması sayılı günlər qalıb. 

Artıq valideynlər övladlarını məktəbə hazırlamağa başlayıb. Uşaqların məktəb forması, çantası və digər ləvazimatların alınması ailə büdcəsində mühüm yer tutur. Bir ailəyə övladını məktəbə göndərmək üçün təxminən nə qədər vəsait lazımdır? 

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlama verən iqtisadçı- ekspert Akif Nəsirli bildirdi ki, məktəbli ləvazimatlarının qiymətində bu il bahalaşma var: 

“Yeni tədris ili ərəfəsində valideynlər məktəb ləvazimatlarının alınmasına başlayıblar. Qiymətlərdə ötən illə müqayisədə nəzərəçarpacaq artım müşahidə olunur. Məsələn, keçən il 20 manata satılan çanta bu il 25 manata təklif edilir. Ən ucuz çantalar 15 manatdan başlayır, keyfiyyətli modelləri isə 60 manata qədər qalxır. 

Rəngli qələmlərin qiymətində də artım var. Keçən il 1 manat 20 qəpik olan karandaş bu il 1 manat 80 qəpikdir. Hazırda bir paketi 15 manata qədər satılan rəngli qələmlər də var. 100 vərəqli dəftərin qiyməti 70 qəpik–1 manat aralığındadır. Termosların isə ən ucuzu 5, nisbətən bahalısı 10 manatdır”. Onun sözlərinə görə, bir uşaq üçün məktəb xərci 100 manatdan yuxarıdır: 

“Satıcıların hesablamasına əsasən, sadə bir məktəbli ləvazimatı dəsti orta hesabla 50 manata başa gəlir. 

Amma valideynlərin real xərcləri daha çoxdur. Bu il bir uşaq üçün minimal alış 100–120 manat arasında dəyişir. Bir neçə uşağı məktəbə gedən ailələrdə isə xərc 2–3 dəfə artır. Valideynlərdən biri təkcə çanta alışında əvvəlki ilə nisbətən 100 manat artıq xərc çəkdiyini deyir. İki uşağı üçün hələ bütün alışını tamamlaya bilməyən başqa bir valideyn isə artıq 400 manata yaxın vəsait xərclədiyini bildirir”. 

Ekspert qeyd edib ki, məktəb ləvazimatlarının bahalaşması ailələrə ağır yükdür. “Qiymət artımının əsas səbəbləri inflyasiya və bazarda inhisarçılıqdır. Son bir ildə bütün məhsullarda bahalaşma müşahidə olunub. Eyni zamanda, dəftərxana bazarında rəqabət tam sərbəst deyil. İnhisarçı şirkətlər qiymət diqtə edə bilir və mövsüm yaxınlaşdıqca tələbin artmasından istifadə edərək qiymətləri qaldırırlar. 

Bu şəraitdə valideynlər üçün planlı alış-veriş ən doğru yanaşmadır. Lazımi siyahının əvvəlcədən hazırlanması, endirim və kampaniyaların izlənməsi, fərqli mağazalarda qiymətlərin müqayisəsi xərcləri azalda bilər. 

Keyfiyyətli, amma münasib qiymətli məhsullara yönəlmək uzun müddətdə daha sərfəlidir. Bir neçə ailənin birgə alış etməsi də əlavə endirim imkanları yarada bilər. Məktəbli ləvazimatlarının bahalaşması ailə büdcəsinə ciddi yük gətirir. Bu vəziyyət həm qiymət siyasətində şəffaflığın, həm də bazarda real rəqabətin vacibliyini bir daha ortaya qoyur”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: Şagird məktəb Akif Nəsirli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri