Icma.az
close
up
RU
Bir səhv bir neçə ailənin həyatını dəyişə bilər: Bunu etməyin! XƏBƏRDARLIQ

Bir səhv bir neçə ailənin həyatını dəyişə bilər: Bunu etməyin! XƏBƏRDARLIQ

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yolda məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Sürücülərdən nasazlıq səbəbindən dayandıqda zəruri tədbirləri görmək, yolda dayanmış avtomobillərə yaxınlaşarkən isə sürəti azaltmaq tələb olunur.

Bu barədə “Yeni Sabah”a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ötən gün Neftçala rayonu ərazisində baş verən zəncirvari qəza yolda dayanmış avtomobillərin yaratdığı təhlükəni bir daha gündəmə gətirib. Nasazlıq səbəbindən dayanan avtomobilin, eləcə də yardım məqsədilə saxlayan digər nəqliyyat vasitələrinin sürücü və sərnişinlərinin təhlükəsizlik qaydalarına əməl etməməsi digər hərəkət iştirakçılarının həyatını riskə ata bilər. pizza hut

BDYPİ-dən qeyd olunub ki, avtomobil nasazlıq səbəbindən dayanmağa məcbur olduqda sürücü nəqliyyat vasitəsini mümkün qədər yolun hərəkət hissəsindən kənara çəkməli, qəza işıq siqnallarını yandırmalı və qəza dayanma nişanını quraşdırmalıdır. Qanunvericiliyə əsasən, yaşayış məntəqələrindən kənarda bu nişan avtomobildən ən azı 30 metr aralıda yerləşdirilməlidir.

Məcburi dayanan avtomobilə yardım etmək istəyən sürücülər də nəqliyyat vasitələrini hərəkət zolağında və ya görünüşü məhdudlaşdıran yerdə saxlamamalıdırlar. Təhlükəsizlik təmin edilmədən yolun hərəkət hissəsində təmir işlərinin aparılması yolverilməzdir. Sürücü və sərnişinlər yolun hərəkət hissəsindən uzaq, təhlükəsiz yerdə gözləməli, imkan daxilində müvafiq xidmətlərə müraciət etməlidirlər.

Yolda dayanmış avtomobilə yaxınlaşan sürücülər sürəti əvvəlcədən azaltmalı, zolağı dəyişərkən diqqətli olmalı və ara məsafəsini artırmalıdırlar. Belə avtomobillərin yanından yüksək sürətlə keçmək, diqqəti yayındıran vasitələrdən istifadə etmək və qəfil manevrlər etmək qəza riskini artırır.

İdarə gecə saatlarında, yağışlı və dumanlı havada, eləcə də görünüşün məhdudlaşdığı digər şəraitdə sürücülərin daha diqqətli olmasının vacibliyini vurğulayıb.

BDYPİ sürücüləri məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərini görməyə, yolda dayanmış avtomobillərlə qarşılaşdıqda isə sürəti azaltmağa və ehtiyatlı davranmağa çağırıb.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Oktyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri