Icma.az
close
up
RU
Bir səhvin izi ilə: Cəza var, izah yoxdur

Bir səhvin izi ilə: Cəza var, izah yoxdur

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mətbuat 10-15 il əvvəlki mətbuat deyil. O vaxtlar idi, bir mövzu atılırdı ortaya, məğzinə, ağına-bozuna varmadan, araşdırmadan hamı yazırdı, münasibət bildirirdi. İndi o zaman deyil ki, hansısa mövzu atılsın ortaya, mətbuatdan istifadə edilsin. Səmimiliyimizdən çox istifadə edilib, bizi qınayanlar da olub. Təcrübə öz sözünü deyir artıq, ayıq-sayıq davranmağa çalışırıq.

Klublarımızın avrokubok oyunları ərəfəsində, ötən mövsüm Azərbaycan Kubokunun ilk yarımfinalında ("Neftçi - "Sabah") VAR hakimi funksiyasını yerinə yetirmiş Rauf Allahverdiyevin mətbuatda açıqlamaları oldu. Müəyyən rezonans doğursa da, gündəm mövzusuna çevrilmədi. 

Əcəba niyə? İlk geniş müsahibəsində Rauf bəy səhvə yol verdi. Öz məsələsini kənara qoyub mətbuatı da qınadı. Allahverdiyev gəncdir, təcrübəsizdir, bəs mətbuat yer ayırmasaydı, sözünü harada deyərdi? Elə indi də üzümü Rauf bəyə tuturam: Fanat.Az olaraq referiyə tribuna verməyə hazırıq. Bir şərtlə ki, bütün suallarımıza dolğun cavablar versin. Suallarsa çoxdur...

Qayıdaq 3-4 ay qabaq baş tutmuş sözügedən oyuna. 

Rauf Allahverdiyev VAR hakimi olaraq səhv etdiyini etiraf edir. Niyə indi? Araşdırmalar onu göstərdi ki, gənc referi aprel ayından oyunlara təyinat almır. Amma həmin oyunun digər hakimləri sonradan iş başında olub. 
Cəza olsun bir ay. Bəs niyə may ayında Rauf bəy üzə çıxmadı, danışmadı?! Özü də bildirdiyi kimi, may ayında səhvi sübut olunmaqla yanaşı, qərəzə şübhələrin olduğu da vurğulanıb. Kimlər arxayın salıb gənc hakimi? Nəyə və kimlərə ümid edib ki, vaxtında çıxıb danışmayıb?

Daha tutarlı sual Frank De Blekereyə - Hakimlər Komitəsinədir. Niyə gənc hakimə təyinat verilməyib, cəza vaxtında açıqlanmayıb? Deyilə bilər ki, araşdırma gedirdi. Olsun! Bəs belə olan halda, niyə Hakimlər Departamentinin adi əməkdaşı vasitəsilə, 3 aydan çox vaxt keçdikdən sonra Allahverdiyevə hakimlikdən uzaqlaşdırıldığı barədə məlumat verilir? Hakimə qərar şifahi halda çatdırılıbsa, deməli, rəsmi qərar da olub. Belədə, rəsmi qərar niyə elan edilmir? Kimdir bunun qarşısını alan, mane olan? De Blekere qədər Hakimlər Dapartamentinin rəhbəri Ömər Paşayev də məsuliyyət daşıyır.

Göründüyü kimi, suallar yetərincədir. AFFA-nın səlahiyyətli nümayəndələri məsələyə nəzarəti necə ediblər ki, komitə və departament öz bildiyini edir, yuxarı instansiyanı saya salmır. Yoxsa, kimlərsə onlarla əlbir olub bir ələ oynayır?

De Blekere belçikalıdır. Avropa hər zaman istefa mədəniyyəti ilə öyünür. Oyunda qərəz şübhələri olubsa, ədalət təmsilçisi cəza almamışdan qabaq özü üzüsulu çıxıb getməliydi gəldiyi yerə və öz nümunəsi ilə departamentə də eyni tövsiyəni verməli idi.

Gələk qərəz şübhəsinə. "Od olmayan yerdən tüstü çıxmaz" deyiblər. Belə şübhələr varsa, əldə hansısa əsas ola bilər. Bizim də şübhələrimiz yaranıb. Referi açıqlamalarında bir dəfə də olsun hakim-VAR yazışmalarından söz açmır. 

Əcaba niyə?

Niyə demir ki, günahkaramsa, Əliyar Ağayevlə səs yazışmam qoyulsun ortaya. Referi nə deyib, AVAR nə istəyib, Allahverdiyevin penalti epizodunda mövqeyi nə olub?
Səhvi etiraf etmək bəlkə ən yüngül formadır. Səs yazısı çox mətləbləri üzə çıxara bilər. Yəqin ki, səlahiyyətli şəxslər qulaq asıblar. Obyektivlik naminə, yaxşı olardı ki, ictimaiyyətin diqqətinə çatdırılsın. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. AFFA daxilində kimlər bunun marağında deyil, bu da ayrı bir sualdır.

Niyə avrokubok öncəsi yaşananlar 3 ay sonra gündəmə gətirilir? "Sabah" klubu təmkinli davrandı, bu olaya reaksiya vermədi. Doğrusunu etdi. Doğru olan, epizodu sübut edən, haqlı çıxan özünü niyə müdafiə etsin ki?! Avrokubok həyəcanından əvvəl gündəmi qarışdırılması kimlərin marağında idi? Tutmadı! Mətbuat da ayıq-sayıq davrandı, küyə, maraqlı tərəflərin hiyləsinə uymadı.

AFFA-nın yeni rəhbərliyi də ayıq-sayıq davranmalıdır. Federasiyada kimlər oyun oynayır? AFFA prezidenti Rövşən Nəcəf prinsipial mövqe göstərərək bu məsələni sona kimi araşdırmağı tapşırıbsa, ancaq alqış düşür. Federasiya daxilində kimlərsə, komitə, departament, De Blekere, Ömər Paşayev, bəlkə də daha "yuxarıdakılar" bu işdə maraqlı tərəfdirlərsə, hamısı müəyyən edilib futboldan birdəfəlik qovulmalıdırlar. Bu olayda qovulmalı olan sonuncu adam Rauf Allahverdiyevdir. Əgər idarəçiliyində şübhəli, qərəzli davranışı sübut olunubsa.

Referi-VAR yazışmaları ictimailəşməsə, bu, AFFA daxilində kimlərəsə sərf edəcək. Bir də ki, Azərbaycan futbolunda nələr görməmişik, sabah Rauf Allahverdiyev çıxıb üzrhaxlıq etsə, buna da təəccüblənmərik.
Belə çıxır ki, daxili qüvvələr mətbuatın gücündən faydalanaraq gənc hakimi önə verir və AFFA-da sağlam, obyektiv qərarlar qəbul etmək istəyənləri çaşdırmaq niyyəti güdürlər. Ortada bağışlanılmaz əməl yoxdursa, biz Rauf Allahverdiyevə qarşı radikal addımın atılmasının da tərəfdarı deyilik. İnsandır, səhv edə bilər. Səhvdən səhvə isə fərq var. Son söz AFFA-nındır.

Əli Sahib

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://fanat.az
archiveBu xəbər 24 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see321

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see271

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see228

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see224

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see221

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see219

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see218

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see214

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see211

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see202

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see199

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see192

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see182

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see178

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see169

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri