Bir sıra avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Suraxanı rayonunu “Neftçilər” metrostansiyası ilə əlaqələndirən 66 nömrəli şəhərdaxili, Şonqar qəsəbəsini “Sədərək” ticarət mərkəzi ilə birləşdirən 126 nömrəli, eləcə də Binə və Mərdəkan qəsəbələrini əlaqələndirən 340 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, 66 nömrəli şəhərdaxili və 340 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 126 nömrəli şəhərətrafı marşrut üzrə “BMH” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 20 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















