Icma.az
close
up
RU
Bir tərəfdə vergi, bir tərəfdə evdən çıxarılma qorxusu: Hansını seçək?

Bir tərəfdə vergi, bir tərəfdə evdən çıxarılma qorxusu: Hansını seçək?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Kirayə verilən hər bir mənzilin müqaviləsi notarial qaydada bağlanılmalıdır”. 

Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, kirayə müqavilələrində hər iki tərəfin bütün öhdəlikləri qeyd olunur: 

“Evi kirayə verənlə kirayə götürən arasında müqavilə imzalanılmadıqda tərəflərin öhdəlikləri yazılı şəkildə qeyd olunmur. Bu isə gələcəkdə problemlərə yol açır. 

Yəni gələcəkdə tərəflərdən hər hansısa öhdəliyini pozsa, belə məsuliyyət daşımır. Kirayə müqaviləsində evdəki bütün əşyalarla yanaşı, kirayənin müddəti də göstərilməlidir. 

Eyni zamanda, kirayəşinin mənzildə qalacağı müddət və ödəyəcəyi məbləğ qeyd edilməlidir. Həmçinin, kirayə verilən bütün mənzillər birmənalı olaraq sığortalanmalıdır”. 

Mütəxəssis vurğulayıb ki, ortada müqavilə olmayanda sübut da olmur: 

“Müqavilə olmayanda mənzil sahibi kirayəşini istədiyi vaxt evdən çıxara bilir. Üstəlik, öz istəyinə uyğun olaraq kirayə haqqını da artırır. 

Bu cür problemlərin yaşanmaması üçün kirayə verən və kirayə götürən arasında mütləq şəkildə müqavilə imzalanmalıdır. Müqavilə olacağı təqdirdə, tərəflər bir-birinin hüquqlarını poza bilməz. Çünki müqavilədəki öhdəlikləri pozan tərəf məsuliyyət daşıyır”. 

Həmsöhbətimiz hansı hallarda kirayə müqaviləsinin pozula biləcəyindən də bəhs edib: 

“Əgər kirayə müqaviləsi 3-5 illik uzunmüddətli bağlanılırsa, orada qeyd olunur ki, 1 ilin tamamında kirayə qiymətinə yenidən baxıla və bazar qiymətinə uyğunlaşdırla bilər. 

Lakin müqavilədə belə bir bənd yoxdursa, kirayə qiyməti artırıla bilməz. Fors-major hallar istisna olmaqla müqavilə öhdəliklərini pozan tərəf məsuliyyət daşıyır. 

Məsələn, kirayəşin işini itirsə və ya şəhərdən köçməli olsa, o zaman müqaviləyə xitam verərək, evi boşalda bilər. Ev sahibi isə devalvasiya, bazar qiymətlərindəki kəskin artım və ya digər hal səbəbindən kirayə haqqını artıra bilər. 

Bunun üçün mənzilin bazar dəyərinə uyğun rəsmi qiymətləndirmə proseduru var. Ən pis halda isə məhkəmə qaydası ilə müqaviləni ləğv edərək, qiyməti artıra bilər”. 

Elnur Fərzəliyev qeyd edib ki, kirayə müqavilələrinin notarial qaydada imzalanmaması gələcəkdə problemlərə yol açır: 

“Əfsuslar olsun ki, bu gün kirayə verilən mənzillərin çox böyük hissəsində notarial qaydada müqavilə imzalanmır. Çünki bunun üçün mütləq şəkildə həmin mənzilin çıxarışı olmalıdır. Çıxarış olmadığı halda notarius həmin müqaviləni imzalaya bilmir. 

Hərçənd ki, mənzillərin əksəriyyətinin, xüsusilə həyət evlərinin çıxarışı yoxdur. Eyni zamanda, notarial qaydada imzalanan müqavilə vergiyə cəlb olunur. 

Bu zaman isə hər ay evin kirayəsi üçün 14 faiz vergi ödənilir. Təbii ki, kirayə mənzillər üçün 14 faiz vergi ödəmək həddindən artıq böyük məbləğdir. Əksər hallarda mənzil sahibləri həmin 14 faizi kirayə qiymətinin üzərinə gəlirlər. 

Düşünürəm ki, bu rəqəm maksimum 2-4 faiz olmalıdır. Hazırda 14 faizi vergi ödənilən mənzillər ümumi kirayə mənzil bazarının 5 faizini belə təşkil etmir. Lakin bu faiz aşağı ensə, həmin rəqəm 80-90 faizə qalxa bilər. Dövlət də bundan daha çox qazanar”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Kirayə Mənzil Ev Əmlak Elnur Fərzəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri