İsrail onların həbs orderinin ləğvini istədi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail Baş nazir Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbs orderlərinin ləğv edilməsi xahişi ilə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Müraciətdə həmçinin prokuror Kərim Xanın İsraillə bağlı işlərdən kənarlaşdırılması xahişi də yer alıb.
“Sorğu prokurorun İsrailə qarşı yalan və əsassız ittihamlar irəli sürərkən şəxsi motivlərlə hərəkət etdiyi barədə məlumatlara əsasən təqdim edilib”, - İsrail XİN bəyan edib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi “Qəzza zolağında hərbi cinayətlərə görə” İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Noyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















