Icma.az
close
up
RU
Birbank Biznes dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası

Birbank Biznes dən Beynəlxalq Qadınlar Gününə özəl “Hər İşdə Birinci Qadınlar” yarmarkası

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək məqsədilə xüsusi təşəbbüs həyata keçirir. 6-7 mart 2025-ci il tarixlərində, saat 11:00-19:00 aralığında Passage-1901 ünvanında baş tutacaq “Hər İşdə Birinci Qadınlar” yarmarkası qadın sahibkarların öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, satış imkanlarını artırması, eləcə də yeni müştəri və tərəfdaşlarla əlaqə qurması üçün unikal platforma rolunu oynayacaq.

Yarmarka çərçivəsində hər iki gün aktual mövzularda panel müzakirələr də baş tutacaq. Panel sessiyaları qadın sahibkarlığının inkişafı, dövlət və özəl sektor əməkdaşlıqları, eləcə də uğura gedən yolda xanımların motivasiyasına həsr olunacaq.

Tədbirin ilk panel müzakirəsi 6 mart tarixində saat 11:00-da baş tutacaq. “Gücümüzü birləşdirək: Tərəfdaşlıqdan uğura” mövzusuna həsr olunan bu sessiyada dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq imkanları, qadın sahibkarlığının inkişafında bu tərəfdaşlıqların rolu müzakirə ediləcək. Panel COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü, Ayan Nəcəfin moderatorluğu ilə keçiriləcək. Panelin spikerləri Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə Baş İnzibatçı, eyni zamanda “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü Fərqanə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və “PASHA Real Estate Group”un Baş Əməliyyat İnzibatçısı Svetlana Əliyevadır.   

7 mart tarixində saat 11:00-da keçiriləcək ikinci panel isə “Uğurun adı: Qadın” mövzusunda olacaq. Paneldə təməldən öz brendini formalaşdıran qadın sahibkarlar təcrübələrini və qazandıqları uğurun hekayəsini paylaşacaqlar. Bu sessiyanın moderatoru Bir ekosisteminin Məhsul və Marketinq idarəsi üzrə müşaviri Günel Mavliyarovadır. Spikerlər arasında AMFA-nın icraçı direktoru, ASK-nın vitse-prezidenti, KOBİA İctimai Şurasının üzvü Jalə Hacıyeva,  “CosybyMadi” brendinin təsisçisi Mədinə Quliyeva və “Ballı Bisi” şirniyyat evinin qurucusu Esmira Quluzadə yer alacaq.

Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir. Bununla yanaşı yarmarka ziyarətçilərə ölkənin müxtəlif biznes istiqamətində fəaliyyət göstərən qadın sahibkarların məhsul və xidmətləri ilə tanış olmaq, onları dəstəkləmək və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaq şansı yaradacaq. 6-7 mart tarixlərində, saat 11:00 dan 19:00 qədər “Passage 1901” ünvanında keçiriləcək yarmarkaya hər kəs dəvətlidir.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/  saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Mart 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri