Icma.az
close
up
RU
Birbank Biznes in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı

Birbank Biznes in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı

Icma.az, News24 portalına istinadən məlumat verir.

Birbank Biznes qadın sahibkarlara dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində xüsusi təşəbbüslə çıxış edib.

News24.az xəbər verir ki, 6-7 mart 2025-ci il tarixlərində sahibkar xanımlar üçün “Passage 1901” ünvanında satış yarmarkası təşkil edildi. Tədbir çərçivəsində xanım sahibkarlar üçün həm öz məhsul və xidmətlərini təklif edə biləcəkləri, həm də yeni tərəfdaşlıqlar qurub, öyrənə, özlərini inkişaf etdirə biləcəkləri mühit yaradıldı.  

Ümumilikdə 60 sahibkar xanımın iştirak etdiyi layihə bununla yekunlaşmadı. Tədbirin ilk günü Birbank Biznes sahibkar xanımlara mart ayı boyunca mikro kreditlərdə 8%-dək endirim təqdim edəcəyini, iyun ayından etibarən isə onların bizneslərini peşəkar idarə etmələri üçün ödənişsiz təlimlər keçirəcəyini elan etdi. Bu təlimlər Birbank Biznes-in peşəkar komandası tərəfindən veriləcək.  

Yarmarka çərçivəsində həm xanım sahibkarların uğurunu bir daha vurğulamaq, həm də biznesə başlamaq istəyənlərə ilham olmaq üçün müxtəlif mövzularda panel müzakirələri də baş tutdu. Tədbirin ilk günü COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəfin moderatorluğu ilə keçirilən panel “Gücümüzü birləşdirək: Tərəfdaşlıqdan uğura” mövzusuna həsr olundu. Sessiyada dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq imkanları, qadın sahibkarlığının inkişafında bu tərəfdaşlıqların rolu müzakirə edildi. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə Baş İnzibatçı, eyni zamanda “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının İdarə Heyətinin üzvü Fərqanə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və “PASHA Real Estate Group”un Baş Əməliyyat İnzibatçısı Svetlana Əliyeva spiker qismində iştirak etdilər. 

Tədbirin ikinci paneli isə “Uğurun adı: Qadın” mövzusuna həsr olundu. Paneldə təməldən öz brendini formalaşdıran qadın sahibkarlar təcrübələrini və uğur hekayələrini  paylaşdılar. Bu sessiyanın moderatoru Bir ekosisteminin Məhsul və Marketinq idarəsi üzrə müşaviri Günel Mavliyarova, spikerləri isə AMFA-nın icraçı direktoru, ASK-nın vitse-prezidenti, KOBİA İctimai Şurasının üzvü Jalə Hacıyeva, “CozybyMadi” brendinin təsisçisi Mədinə Quliyeva və “Balli Bisi” şirniyyat evinin qurucusu Esmira Quluzadə oldu. 

Birbank Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.    

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Mart 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri