Icma.az
close
up
RU
Birdən səhnədən yoxa çıxan 5 məşhur ulduz

Birdən səhnədən yoxa çıxan 5 məşhur ulduz

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhurluq və şöhrət çox vaxt dəyişkən olur. Bir neçə il əvvəl bu müğənnilər tam zallar yığır, milyonların sevimlisinə çevrilirdilər, amma bu gün onlar haqqında demək olar ki, heç nə eşidilmir. Bəziləri qəfil səhnədən çəkildi, digərləri isə ümumiyyətlə ictimai həyatdan uzaqlaşdı.

Milli.Az xarici mediaya istinadla qəfil yoxa çıxan, amma hələ də pərəstişkarlarının və medianın marağında qalan beş ulduzun hekayəsini təqdim edir.

Lana Del ReyMəşhur ulduzun çimərlikdəki fotoları - hamı "ağzı açıq" qaldı

Bəzən "sakit" bir gediş uzun çəkə və çoxlu suallar doğura bilər. 2020-ci ildə Norman Fucking Rockwell! albomundan sonra Lana Del Rey böyük bir tur planlaşdırırıb, amma pandemiya hər şeyi dəyişib.

O, konsert tarixlərini ləğv edib və uzun müddət ictimaiyyət qarşısından itdi - sosial şəbəkələr susub, yeni elanlar olmayıb.

Pərəstişkarlar bunu karyeranın sonu kimi qəbul ediblər, hətta onun məyusluq və yorğunluq yaşadığına dair şayiələr yayıblar. Lakin Lana sonradan yeni layihələrlə geri dönüb və bu dövr onun obrazına xüsusi bir mistika qataraq sirli bir fasilə olaraq yadda qalıb.

2000-ci illərin ortaları kanadalı müğənni Nelli Furtadoya məxsus idi. Loose albomu və Promiscuous, Say It Right kimi hitlərlə dünyanı fəth edib - cəsarətli, seksual və şöhrətinin zirvəsində olub. Dünya turları və saysız-hesabsız mükafatlar onun uzun və parlaq bir karyerasının başlanğıcı kimi görünüb.

Lakin bu zirvədən sonra karyerası fərqli istiqamət alıb. Sonrakı albomlar əvvəlki uğuru təkrarlamadı və müğənni səhnədən getdikcə uzaqlaşıb. Səs-küysüz bir şəkildə o, ailəsinə və qızının tərbiyəsinə özünü həsr edib. 2017-ci ildə The Ride adlı indiyə yönəlmiş albomla qayıdaraq göstərib ki, sadəcə yenidən doğulmaq üçün uzun bir fasilə götürüb.

2000-ci illərin əvvəlində Cessika Simpson ən böyük ulduzlardan biri olub: güclü səsi, Nik Laşe ilə "Yeni evlilər" realiti-şousu, hitləri ilə top-paradları fəth edib. Lakin vida turu əvəzinə o, karyerasında kəskin dönüş edib - öz geyim və aksesuar brendi olan The Jessica Simpson Collection-ı yaratmağa başlayıb.

Bu biznes inanılmaz dərəcədə uğurlu olbu və milyardlarla dəyəri olan bir imperiyaya çevrilib. Musiqi ikinci plana keçib və Cessikia öz həqiqi yolunu modada tapıb.

1998-ci ildə Laurin Hill The Miseducation of Lauryn Hill albomu ilə "cekpotu" vurub. Bu, sadəcə kommersiya uğuru deyildi - onun işi mədəni fenomen sayılıb. Beş Grammy mükafatı, nəsli ifadə edən səs statusu, tənqidçilər və pərəstişkarların heyranlığı - sanki uğurun sərhədi yox idi.

Onun R&B, hip-hop və soulu birləşdirən unikal üslubu təzə və səmimi səslənirib.

Lakin bu böyük uğurdan sonra Lauryn demək olar ki, tamamilə göz önündən yoxa çıxıb. Nə vida turları olub, nə də karyerasının bitdiyinə dair rəsmi açıqlamalar - sadəcə səssiz gediş.

Nadir müsahibələrində şou-biznesin böyük təzyiqindən, şöhrətdən məyusluğundan, ailəyə və ruhani axtarışlara olan ehtiyacından danışıb. Vaxtaşırı festivallarda görünsə də, yeni işləri nadir hallarda çıxır və ictimai aktivliyi bərpa olunmayıb.

Britaniyalı soul müğənnisi Celeste səhnəyə güclü bir şəkildə daxil olub. 2020-ci ildə o, BRIT mükafatını "ən perspektivli artist" kimi qazanıb, Not Your Muse adlı debüt albomu isə top-paradlarda zirvəyə yüksəlib və güclü vokalı, atmosferik melodiyaları ilə böyük təriflər qazanıb.

Sanki bütün dünya onun ayaqları altındaydı. Lakin bu sürətli uğurdan sonra o, kəskin şəkildə fəaliyyətini azaldıb. Yeni turlar və singllər əvəzinə, Celeste medianın diqqətindən uzaqlaşıb. Müsahibələrində o, bu addımı karyerasını düşünmək və yaradıcı nəzarəti qorumaq üçün atdığını bildirib. Pərəstişkarları bu qərara təəccüblə yanaşsa da, keyfiyyət və daxili tarazlıq naminə fasilə verməsini anlayışla qarşılayırlar.  /Lent.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 İyul 2025 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri