Icma.az
close
up
RU
Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Einstein təcrübəsi?

Birdən yoxa çıxan gəmi limanda peyda oldu! Einstein təcrübəsi?

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1240 tonluq USS Eldridge adlı döyüş gəmisi əvvəlcə yaşıl-mavi işıqla əhatə olundu, sonra isə birdən yoxa çıxdı. Bu vaxt heyət ağıllarını itirdi, bədənləri gəmi ilə birləşdi.

"Ölkə.az" xəbər verir ki, 1943-cü ildə baş vermiş Filadelfiya Təcrübəsinin həqiqi olub-olmaması bu gün də müzakirə olunur.

Bəs, hadisənin arxasında nə dayanır?

Cavabı burada.

Hər şey 1943-cü ildə ABŞ-nin Pensilvaniya ştatına bağlı Filadelfiya şəhərində Amerika donanmasının Filadelfiya Təcrübəsini keçirdiyi barədə iddiaların ortaya çıxması ilə başladı. Təcrübə donanmanın qoruma destroyeri olan DE 173 sinifinə aid 1240 tonluq USS "Eldridge" adlı döyüş gəmisinin radar siqnallarına görünməz hala gətirilməsi məqsədilə aparılmışdı. Təcrübə zamanı gəmi yaşıl-mavi işıqla əhatə olunub birdən yoxa çıxıb. Bir neçə dəqiqə ərzində isə 600 km-dən çox məsafəyə gedərək saniyələr içində Norfolk Virciniyada bir gəmi təmir zavodunda peyda oldu. Yəni ABŞ donanmasına aid gəmi yoxa çıxıb, başqa limanda ortaya çıxıb və yenidən geri dönmüşdü.

Fikrin əsnasında Enşteyn var

Təcrübənin keçirilmə ehtimalından ilk danışan şəxs Morris K. Jessup idi. Jessup həvəskar astronom idi və UFO-lar üzərində apardığı araşdırmalarla tanınırdı. Təcrübə ilə marağı isə 1955-ci ildə əlinə keçən bir məktubla başladı. Məktub, Carlos Miguel Allen adlı şəxs tərəfindən yazılmışdı və təcrübədən geniş bəhs edirdi. Allen iddia edirdi ki, o, təcrübəyə müşahidə gəmisində iştirak edən "SS Andrew Furuseth" adlı gəmidə xidmət edən bir dənizçi idi və təcrübənin bütün mərhələsinə şahid olmuşdu. Gəminin gözləri qarşısında yoxa çıxdığını bildirən Allen təcrübənin Enşteyinin "birgə sahə nəzəriyyəsi" əsasında keçirildiyini və bunun nəticəsində heyətin ağır itkilər verdiyini iddia edirdi.

Məqsəd optik görünməzlik imiş

Enişteynin "Birgə Sahə Nəzəriyyəsi" sadəcə obyektlər arasındakı cazibə və elektromaqnetizm prinsiplərinə əsaslanırdı. O, 1920-ci illərdən etibarən bu nəzəriyyə üzərində çalışıb, 1925-1927-ci illərdə Almaniyada bir fizika jurnalında tədqiqatlarını yayımlayıb, lakin işlərini heç vaxt tamamlamayıb. İddiaya görə, təcrübə işləri 1930-cu ildə Çikaqo Universitetində başlamış, bir il sonra Princeton Universitetində davam etdirib. Hətta Albert Enişteyn ilə yanaşı, Dr. John von Neumann və Dr. Nikola Teslanın da layihədə zaman-zaman iştirak etdiyi iddia edilib. "Birgə Sahə Nəzəriyyəsi"nin təcrübədə tətbiqi isə "gəminin üzərinə güclü elektromaqnetik sahə yaradaraq işıq və radar siqnallarını qırmaq və ya əyməklə optik görünməzlik təmin etmək" kimi planlaşdırılmışdı.

Təsadüfi olaraq maddənin işıqlanması gerçəkləşdi

Bu məqsədlə 75 VA gücündə iki böyük generator gəminin ön top taretlərinin altına quraşdırıldı, oradan gəminin göyərtəsinə 4 maqnit şüası yayılacaqdı. 3 RF vericisi, hər biri 2 meqavat gücündə olan CW tipindəydi və onlar da göyərtəyə quraşdırılmışdı. 3000 ədəd 6L6 güc artırıcı tüp, iki generatorun yaratdığı enerjini yayacaqdı. Xüsusi modulyasiya dövrələri digər avadanlıqların yaratdığı kütləli elektromaqnetik sahələri idarə edir, qırılmış şüalar və radio dalğaları gəmini əhatə edirdi. Nəticədə gəmi düşmən müşahidəçiləri üçün görünməz olmalı idi. Məqsəd görünməzlik idi, lakin iddiaya görə donanma bu təcrübədə təsadüfən maddənin işıqlanmasını həyata keçirmişdi.

Əsgərlər yoxlamağı rədd etdi

Allen məktublarında, yaşıl işıqla əhatə olunan gəminin bir neçə dəqiqə sonra tamamilə yox olduğunu, sonra isə başqa limanda peyda olduğunu yazmışdı. Lakin ABŞ Donanması bu iddiaları açıq şəkildə təkzib etdi. Donanmanın rəsmi qeydlərinə görə, Eldridge təcrübənin keçirildiyi vaxtda Filadelfiyada belə olmayıb. Həmçinin həmin dövrdə gəmidə xidmət edən əsgərlər belə bir təcrübəyə şahid olmadıqlarını bəyan etdilər. Buna baxmayaraq, Allenın hekayəsi bir çox insanlarda şübhə yaratdı və təcrübənin üzərindəki sirr illərlə davam etdi.

Film də çəkildi

Ən çox danışılan iddialardan biri, təcrübənin heyət üzvlərinə təsiri idi. İddiaya görə, bəzi əsgərlər ciddi xəstələndi, bəziləri psixoloji problemlər yaşadı, bəziləri isə gəminin metal gövdəsi ilə birləşdi. Həyatında canlı şəkildə gövdəyə yapışan əsgərlər olduğu iddia edildi. Bu kimi hekayələr təcrübəni qorxu elementi halına gətirdi. Xüsusilə 1984-cü ildə çəkilən "The Philadelphia Experiment" filmi ilə bu səhnələr kollektiv yaddaşda canlandı. Lakin gəminin heyəti hadisələrin əsassız olduğunu dəfələrlə bildirdi. Gəmi qeydlərində belə bir hadisəyə dair heç bir məlumat yox idi.

Allen çox etibarlı şəxs deyildi

Filadelfiya Təcrübəsinin ortaya çıxmasında əsas rol oynayan Carl M. Allen, bir çox mənbəyə görə etibarlı biri deyildi. Çünki fərqli zamanlarda eyni hadisəni həm təsdiqləmiş, həm də inkar etmişdi. Məktublarındakı qarışıq hərflər, nizamsız yazı tərzi və bəzən "Mən uydurdum" kimi açıqlamalar verməsi onun ya diqqət çəkmək istədiyini, ya da psixoloji problemləri olduğunu göstərirdi.

Görünməz deyil, amma...

"Gökkuşağı Layihəsi" (Rainbow Project) adı ilə də tanınan bu təcrübə 1984-cü ildə filmə çəkilənə qədər ciddiyə alınmamışdı. Lakin o vaxtdan bu yana rəsmi qurumlar dəfələrlə inkar etməsinə baxmayaraq, ən çox maraq doğuran mövzulardan biri olaraq qalır.

Bəs əslində nə baş vermişdi?

Allenın iddialarına qarşı elmi araşdırmalar göstərir ki, USS Eldridge görünməzlik yox, maqnit torpidolara qarşı "degaussing" adlı müdafiə sistemi ilə təchiz edilmişdi. Bu sistem gəminin maqnit izini silərək düşmən torpidolarından qoruyurdu. Bu prosesdə istifadə olunan yüksək gərginlikli kabellər xaricdən gəmi ətrafında işıq və parıltı yaranmasına səbəb ola bilirdi. Bundan əlavə, yaşıl-mavi işıq hadisəsi gəmidə tez-tez müşahidə olunan "St. Elmonun Atəşi" adlı atmosfer hadisəsi ilə də izah oluna bilər. Norfolk və Filadelfiya arasındakı daxili su yolları sayəsində gəminin saatlarla yer dəyişməsi də mümkün idi. Beləliklə, iddiaların çoxu elmi və logistika baxımından açıqlana bilirdi.(milli.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Avqust 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri