Icma.az
close
up
RU
“Biri deyir ki, adımı “Moisey” qoymaq istəyirəm. Niyə? Elə “Musa” elə də...”

“Biri deyir ki, adımı “Moisey” qoymaq istəyirəm. Niyə? Elə “Musa” elə də...”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Niyə şəxs adının tutaq ki, “Əhməd” deyil, “Məmməd” kimi yazılmasını istəyir. Bunun üçün kifayət qədər əsas olmalıdır”.

Bu sözləri “Yeni Sabah”a hüquqşünas Ramil Süleymanov deyib.

Onun sözlərinə görə, ata adının dəyişdirilməsi 2 halda mümkündür: pizza sifarişi

“Bizim kimi cəmiyyətlərdə tutaq ki, oğlan uşağına “Lətafət” adının qoyulması hər halda doğru bir şey deyil. Bu, gələcəkdə həmin adamın cinsi olaraq, sözügedən adı daşımamaq kimi bir vacibiyyətini yaradır. Məsələn, “Hitler”, “Stalin” kimi adların qoyulması kimi.

Ola bilər ki, kimsə uşağına “Mussolini” adını qoymaq istəyir. İctimai maraqlar dedikdə, Ali Məhkmə konkret nəyi nəzərdə tutur, bunu dəqiqləşdirmək lazımdır.

Ata adının dəyişdirilməsinə gəlincə, bu o halda mümkündür ki, müəyyən müddət keçdikdən sonra müəyyən olur ki, filankəsin əsl, bioloji atası tutaq ki, filankəs olub. Yaxud şəxs övladığa götürülübsə və gələcəkdə övladığa götürülmə sirri pozulubsa və onun atasının yerinə övladlığa götürən şəxsin adı yazılıbsa, şəxs bundan imtina edə bilər.

Əgər müəyyən edərsə ki, onun əsl atası tutaq ki, Məmməddir. Şəxs bununla bağlı məhkmədə iddia qaldıra və lazımi, zəruri sənədləri təqdim etməklə, ata adının dəyişdirilməsinə nail ola bilər. Bu, eyni zamanda şəxsin mülkiyyət hüquqları baxımından da hüquqlarının təmini deməkdir”.

Hüquqşünas qeyd edib ki, son zamanlar vətəndaşlar arasında şəxsi adın dəyişdirilməsi kütləvi hal alıb:

“Vətəndaşlar arasında şəxsi adın dəyişdirilməsi kütləvi hal alıb. Birincisi, şəxsin adının dəyişdirilməsi kifayət qədər vaxt tələb edən məsələdir. Eyni zamanda müəyyən edilməlidir ki, niyə şəxs adının tutaq ki, “Əhməd” deyil, “Məmməd” kimi yazılmasını istəyir. Bunun üçün kifayət qədər əsas olmalıdır. Burada cinayətin gizlədilməsi və bir sıra digər faktorlar ola bilər. Amma burada ən əsas faktor odur ki, şəxs kifayət qədər normal şəkildə izah edir ki, onun adından xoş gəlmir. Qanunvericilik buna icazə verir.

Bu dəyişdirilmədikdə, birbaşa şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxarır. Ona görə də, məhkəmə şəxsin adını dəyişdirməli olur. Dini, yaxud etnik kimliyi fərqli olan insanların seçdiyi adları götürməsi mümkündür. Amma bir şey var. Məsələn, ingilislərdə “Jesus”, ruslarda “İsus”, bizdə isə bu “İsa”dır.

Mən istəyirəm adımı “Jesus” yazdırım. Bu qeydiyyat şöbəsi tərəfindən qəbul olunmaya bilər. Nəticə etibarı ilə, orada əsaslandırılma kimi təqdim olunacaq ki, bu “İsa” kimi yazılsın. Şəxs isə təkid edir ki, sırf “Jesus” yazdırmaq istəyirəm. Buna dövlət qurumunun imtina verilməsi mümkündür və qanunvericiliklə məhdudlaşdırıla bilən hüquqdur. Yaxud şəxs gəlib deyir ki, mən adımı “Moisey” qoymaq istəyirəm. Niyə? “Musa” qoy da elə. Bu məsələlərə dövlət qurumu kifayət qədər aydın və müfəssər imtinalar verə bilir”.

Qeyd edək ki, bu gün Ali Məhkəməsinin İnzibati kollegiyası ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir:

- uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir;

- İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri