Azərbaycan və region üçün strateji əhəmiyyətə malik tarixi bir mərhələnin şahidi oluruq
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin tikintisinin artıq başa çatmaq üzrə olması ilə bağlı açıqlaması, təkcə Azərbaycanın nəqliyyat imkanlarını genişləndirmir, həm də bütün bölgə üçün yeni iqtisadi və logistik perspektivlər açır.
Bunu Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzi İdarə Heyətinin sədri, Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədov deyib.
O, qeyd edib ki, bu layihə, Naxçıvanın Azərbaycanla birbaşa əlaqəsinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır və eyni zamanda Orta Dəhlizin güclənməsinə ciddi töhfə verəcək. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəhliz, region ölkələri arasında əməkdaşlığı daha da dərinləşdirəcək:
"RAzМММ Özbəkistan olaraq biz bu strateji təşəbbüsün bölgədə sülhə, əməkdaşlığa və qarşılıqlı iqtisadi inkişafa xidmət edəcəyinə inanırıq.
Bu mühüm addım Azərbaycan xalqının gücünü, dövlətimizin iradəsini və ölkəmizin qlobal nəqliyyat xəritəsində artan rolunu bir daha nümayiş etdirir".
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 21 Noyabr 2025 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















