Icma.az
close
up
RU
Birinci Dünya müharibəsinin Yaxın Şərq və Qafqaz meydanı konfrans AZƏRTAC

Birinci Dünya müharibəsinin Yaxın Şərq və Qafqaz meydanı konfrans AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 27 noyabr, AZƏRTAC

AMEA-nın A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Birinci Dünya müharibəsinin Yaxın Şərq və Qafqaz meydanı: Osmanlı dövlətinin savaşa qatılmasının 110 illiyi” mövzusunda konfrans keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev Birinci Dünya müharibəsi dövründə Azərbaycanın iri dövlətlərin maraq dairəsində olduğunu diqqətə çatdırıb. “Bu müharibəyə iki ittifaqda birləşən dövlətlər qoşulmuşdu. Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu, Şimali Azərbaycanın Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Əlverişli coğrafi mövqeyi, yeraltı, yerüstü sərvətləri olan Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Bəzi məlumatlara görə, Birinci Dünya müharibəsi cəbhələrində 200-dək azərbaycanlı zabit olub. Onların sayının daha çox olduğu ehtimal edilsə də, lazımi statistika olmadığı üçün həmin zabitlərin hamısının xidmət yolunu izləmək mümkün deyil. Lakin əldə olan faktlar azərbaycanlıların hərbi istedadını və bacarığını bir daha nümayiş etdirir”, - deyə İlqar Niftəliyev qeyd edib.

Konfransda “Birinci Dünya müharibəsində iki hərbi blokun qarşıdurmasında Osmanlı dövlətinin yeri və rolu”, “Birinci Dünya müharibəsi ərəfəsində Rusiya imperiyasının Şərqi Anadoluda ermənilərin xeyrinə islahatlar keçirilməsi üçün göstərdiyi cəhdlər”, “Almaniya-Osmanlı münasibətlərində ikili siyasət”, “Birinci Dünya müharibəsi və Anadoluda Mücadilə hərəkatı (Azərbaycan Cümhuriyyəti ziyalılarının əsərləri əsasında)”, “Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinin Qafqaz cəbhəsi Türkiyə mənbələrində”, “Birinci Dünya müharibəsinin Azərbaycanın ictimai-siyasi həyatına təsiri”, “Osmanlı imperiyasının Birinci Dünya müharibəsində iştirakı Azərbaycan mətbuatında” və digər mövzularda məruzələr dinlənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri