Icma.az
close
up
RU
Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan dünyaya çatdırılacaq

Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan dünyaya çatdırılacaq

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başlayıb

 Xaricidilli KİV-in mövcudluğu və fəaliyyəti Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən hadisələri, uğurları, tarixi məsələləri beynəlxalq səviyyədə yaymaq, milli-mənəvi dəyərlərimizin, ümumilikdə ölkəmizin təbliği baxımından çox vacib və əhəmiyyətlidir. Çünki müasir dünyada gedən proseslər öz təzahürünü qlobal informasiya müharibəsinin gedişində daha qabarıq üzə çıxarır. Bu baxımdan ölkəmizdə xaricidilli medianın üzərinə həm də daha böyük yük düşür. Nəzərə alınmalıdır ki, məhz xaricidilli mediamızın sayəsində uzun illərdən bəri xaricdə güc toplamış erməni diasporunun birbaşa təsiri altında fəaliyyət göstərən, dövlətimiz əleyhinə hər zaman qarayaxma kampaniyası aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkün ola bilər. Məlumat üçün bildirək ki, 4 noyabr 2024-cü il tarixindən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən "Anyus" (ANEWZ) beynəlxalq televiziya kanalı fəaliyyətə başlayıb. Bu barədə tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev deyib. R.Həmzəyev bildirib ki, həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan dünyaya çatdırılacaq. Onun sözlərinə görə, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan “Anyus” peyk, rəqəmsal, sosial media kanalları vasitəsilə izlənilə bilər: “Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər.

 Beynəlxalq ingilisdilli kanal kimi “Anyus” yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir”. Qeyd edək ki, Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb.

 Azərbaycanda xaricidilli televiziya kanallarına ciddi ehtiyac olduğunu vurğulayan siyasi şərhçi Azər Həsrət CBC kanalının ingilis-rus dili də daxil çoxdilli yayımla fəaliyyə başladığını, lakin sonradan özünü doğrultmadığını xatırladıb. Çoxdilli efirin tamaşaçılar üçün bir o qədər də cəlbedici olmadığını xatırladan A.Həsrət deyib ki, eyni dildə davamlı şəkildə yayımla məşğul olan kanalın tamaşaçı kütləsi qazanma ehtimalı daha yüksəkdir: "Sözsüz ki, bu da keyfiyyətdən, verilən xəbərlərin doğruluğundan, obyektivliyindən asılıdır. "Anyus" kanalı hələlik yayıma başlamasa da, saytla tanış olmuşam. Dərc edilən xəbərlərə istinadən onların bu addımını yaxşı bir işin başlanğıcı hesab edirəm. Rüfət Həmzəyevin təcrübəsi, jurnalistika sahəsindəki uğurları da müsbət təəssürat yaradır. Xeyirli, uğurlu olar, inşallah!”.  

 Azərbaycanın dünyanın qlobal oyunçularından birinə çevrildiyni vurğulayan Azər Həsrət qeyd edib ki, dünyanın  hər tərəfindəki siyasi proseslərə bu və ya digər formada biz də təsir edirik: "Bu baxımdan qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən bir televiziya kanalına ehtiyacımız vardı və belə bir kanalın nəhayət yayıma başlaması təqdirəlayiq haldır. Azərbaycanda yetərincə ingilisdilli jurnalist və media eksperti olduğunu düşünmürəm, az sayda olanlardan belə yetərincə istifadə edə bilmirik. Rus və ingilis dillərini mükəmməl səviyyədə bilməyimə rəğmən ölkəmizdə fəaliyyət göstərən rus-ingilisdilli media qurumları mənə  müraciət eləmir. Söhbət mənim hansısa media quruluşunda işə düzəlib, maaş almağımdan getmir. Belə bir ehtiyacım da yoxdur. Məsələ təcrübəli və beynəlxalq səviyyəli ekspert  olmağımdan və daha faydalı xidmət göstərmək imkanlarımdan  istifadədən gedir".

 Azərbaycan Mətbuat Şurasının sədri  Rəşad Məcid isə hesab edir ki, ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə başlaması ölkəmizin teleməkanı üçün mühüm hadisədir: “Həm bu hadisəni, həm də dəyərli həmkarımız Rüfət Həmzəyevin telekanala rəhbərlik etməsini yüksək qiymətləndirirəm. Mən onu istər media forumlarında aparıcı, istərsə də müxtəlif ingilisdilli tədbirlərdə iştirakçı kimi dəfələrlə müşahidə etmişəm, peşəkarlığına bələdəm. AzTV-dəki səmərəli fəaliyyətindən də xəbərdaram. Bildiyimə görə, yeni telekanalda yüksəksəviyyəli komanda formalaşdırmağa müvəffəq olub. Bəri başdan bu münasibətlə həmkarımızı təbrik edirəm. Müxtəlif vaxtlarda ayrı-ayrı xarici ölkələrdə, xüsusən də Orta Asiya respublikalarında ingilis dilində telekanalların fəaliyyət göstərdiyini görmüşdüm və bu tipli media subyektlərinin bizdə də olmasını çox arzulamışdım. Sevindirici haldır ki, artıq bizdə də bilavasitə ingilis dilində yayımlanacaq TV kanalı olacaq".

R.Məcid vurğulayıb ki, hazırda beynəlxalq miqyasda Azərbaycana qarşı aktiv dezinformasiya kampaniyası aparılmaqdadır: "İnformasiya müharibəsi günümüzün reallığıdır. Cənab Prezident İlham Əliyev də çıxışlarında bu məqama dəfələrlə toxunub, müxtəlif detalları müfəssəl şəkildə açıqlayıb, saxta xəbərlərlə, insinuasiyalarla mübarizənin zəruriliyini əsaslandırıb. Dövlətimizin başçısı çıxışlarında, həmçinin jurnalistlərin xarici dil biliklərinin artırılmasına da böyük önəm verdiyini bildirib. Heç şübhəsiz, bu, informasiya təhlükəsizliyimizin təminatı baxımından vacib amildir. Hesab edirəm ki, yeni ingilisdilli telekanal bu baxımdan müstəsna rol oynayacaq, qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək. Əminəm ki, belə bir media orqanının fəaliyyətə başlaması, ümumən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, obyektiv mövqeyimizin müdafiəsi xüsusunda da öz sözünü deyəcək. Yeni yaranan kanalın rəhbərliyinə və kollektivinə çətin, məsuliyyətli yolda uğurlar arzulayıram. İnanıram ki, onlar bu etimadı yüksək səviyyədə doğruldacaq, ANEWZ-u beynəlxalq miqyasda tanınan, etibarlı media subyekti kimi təsdiqləməyi bacaracaqlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri