Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Birinci qrup əlil: “Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar”

Birinci qrup əlil: “Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mən illərdir ki, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində sintezator ifa edirdim. Bu ilin yanvarında isə heç bir rəsmi xəbərdarlıq olmadan işdən azad edilmişəm”.

Bu şikayətlə “Qafqazinfo”ya İsmayıllı rayon sakini, birinci qrup əlil İlham Kamil oğlu Dadaşov müraciət edib.

Onun sözlərinə görə, Mərkəzdə “Niyal” İnstrumental ansamblının tərkibində müşayiətçi vəzifəsində çalışıb. O iddia edir ki, rəsmi xəbərdarlıq olmadan daha 17 nəfərin işinə xitam verilib: “2013-cü ildən 2018-ci ilə kimi işləmişəm. Həmin vaxt da işdə ixtisar olan zaman işdən çıxarılmışdım. Onda Əmək Məcəlləsində yazılan qanunu bilmirdim. 2022-ci ildə yenidən müraciət etdim. Nəhayət 2023-cü ilin yanvarın 1-i mədəniyyət naziri Adil Kərimlinin təqdimatı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə “Niyal” İnstrumental ansamblına yenidən işə bərpa olundum. 2025-ci ilin yanvarın 6-sı günü belə bir haqsızlıqla üzləşdim. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə İsmayıllı rayonunda 17 nəfər vətəndaşa heç bir rəsmi xəbərdarlıq etmədən işdən azad etməklə bağlı 3 gün qalmış şifahi xəbərdarlıq edib. Hansı qanunda yazılıb ki, rəsmi xəbərdarlıq olmadan işçini işdən azad edəsən?!”

Şikayətçi deyir ki, dəfələrlə müraciət etsələr də, rəsmi heç bir cavab verilmir: “İşdən çıxarılan vətəndaşların arasında 1-ci qrup fiziki məhdudiyyətli əlil, 2 nəfər İkinci Qarabağ müharibəsi qazisi, müharibə veteranı və şəhid bacısı var. Dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir rəsmi cavab vermirlər. Hətta dəfələrlə demişəm, ölkə başçısının sərəncamı var ki, əlilliyi olan vətəndaşlar işləmək üçün müraciət edərlərsə, onu işə qəbul etməyənlər inzibati məsuliyyətə cəlb olunaraq barələrində müvafiq tədbir görüləcək”.

İlham Dadaşov səhhətindəki problemin 2011-ci ildə yarandığını əlavə edib: “2006-cı ildə hərbi xidmət zamanı döyüş bölgəsində-Tərtərdə təlimdə yıxıldım, onurğam zədələndi. Təsirini həmin an göstərmədi. Ağrı ilə xidməti başa vurduqdan sonra, 2011-ci ildən vəziyyətim tədricən ağırlaşdı. Həmin ildən 2018-ci ilə kimi 2-ci qrup əlillik təyin edilmişdi. 2019-cu ildən isə 1-ci qrup əlillik təyin olunub. Əlil arabasında olmuşam və komissiya rəy verib ki, oturaq vəziyyətdə yüngül işlərdə işləyə bilər”. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə belə cavab verildi: “Təəssüflə bildiririk ki, 2025-ci ildən ştatdankənar vəzifələr üzrə əməyin ödənişi sistemində dəyişikliklər edildiyi üçün bu kateqoriyadan olan şəxslərin cari ildən əmək müqaviləsinin uzadılması qeyri-mümkündür”.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Mart 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see252

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see249

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see245

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see243

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see238

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see231

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see227

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see223

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see218

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see205

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see200

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see196

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see194

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see192

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see191

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see179

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see175

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see174

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri