Icma.az
close
up
RU
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş konfrans Türk dünyasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş konfrans Türk dünyasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay (1926-cı il 26 fevral - 6 mart) XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultay türk xalqlarının dünyaya mədəni inteqrasiyasında mühüm mərhələnin əsasını qoyaraq, onlar üçün taleyüklü məsələlərin, problemlərin müəyyənləşdirilməsi və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edib. AMEA-da Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda keçirilən elmi konfransda məhz bu məsələlərə geniş diqqət ayrılıb, Türk dünyası birliyinin təmin olunması və türkologiya sahəsində əməkdaşlığın perspektivlərinə dair ətraflı müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş konfrans Türk dünyasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir” sərlövhəli məqaləsində yer alıb.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş konfransın uğurlu nəticələrlə yadda qaldığını qeyd edən müəllif fikrini həmin tədbirdə dinlənilmiş çıxışlara istinadla əsaslandırıb. Məqalədə qeyd olunub ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə Birinci Türkoloji Qurultayın türk xalqlarının milli oyanış tarixində, özünüdərk prosesində, eləcə də türk xalqlarının ictimai və mədəni inkişafındakı mühüm rolundan danışıb. O, Qurultayda türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, toponimikası, etnoqrafiyası, incəsənəti və digər sahələri ilə bağlı mühüm qərarların qəbul edildiyini bildirib.

Akademik İsa Həbibbəyli çıxışında Prezident İlham Əliyevin Türk dünyasına və türk xalqlarına göstərdiyi yüksək diqqət və verdiyi böyük dəyərdən də bəhs edib. Prezidentin türk xalqlarının həmrəyliyinə, ortaq tarixi-mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə yönəlmiş siyasətini xüsusi vurğulayıb: “Bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkə kimi Türk dünyasında qərarların qəbulunda, birliyin, həmrəyliyin möhkəmlənməsində mühüm rol oynayır”.

AMEA-nın prezidenti çıxışında dövlətimizin başçısının müəyyənləşdirdiyi prioritetlərə uyğun olaraq AMEA-da Türk dünyasının tarixi, ədəbiyyatı, folkloru, dili, musiqisi, fəlsəfəsi və digər sahələrin araşdırılması istiqamətində atılan mühüm addımları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akademiyanın bir sıra müəssisə və şöbələrində bu istiqamətdə aparılan elmi işlərin, habelə Türk dünyasının elmi və təhsil müəssisələri ilə qurulan əməkdaşlığın genişləndirildiyini qeyd edib.

Konfransda, həmçinin tanınmış alimlərin Türk dünyasında türkologiyaya dair tədqiqatların genişlənməsinə töhfə verən sanballı məruzələri dinlənilib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov Qurultayı tariximizdə xüsusi yeri olan mötəbər bir tədbir kimi dəyərləndirib, həmin toplantının bütün çalarları ilə səmimi hadisə olduğunu, konfransda müzakirə edilən məsələlərin türk xalqlarının 100 il ərzində səsləndirdiyi fikirləri ifadə etdiyini söyləyib.

Xalq şairi Sabir Rüstəmxanlının çıxışı da Birinci Türkoloji Qurultayın türk xalqlarının milli kimliyinin formalaşmasında, türkologiya elminin inkişafında mühüm rolu ilə bağlı olub: “Sovet dövründə Azərbaycan alimləri türkologiyanın yaşadılmasına böyük səy göstərmişdir Uzun illərdir fəaliyyət göstərən “Türkologiya” jurnalı iə bunun bariz nümunəsidir”.

Toplantıda Türk Dil Qurumunun prezidenti professor Osman Mert, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy, Azərbaycan Dillər Universitetinin məsləhətçi professoru Adil Babayev də çıxış ediblər. Alimlər Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixində, milli kimlik və ictimai fikir həyatında, eləcə də ortaq dil, əlifba və mədəniyyət məsələlərinin həllində böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda Qurultayın Türk dünyasının birliyinə verdiyi töhfələr, həmçinin bu istiqamətdə aparılan tədqiqatların nəticələri diqqətə çatdırılıb.

Müəllif məqalənin yekununda qeyd edib ki, ümumilikdə konfrans 100 illik tarixi olan Birinci Türkoloji Qurultayın əhəmiyyətini bir daha önə çəkərək müvafiq sahədə tanınmış və nüfuzlu söz sahibləri, elm adamları tərəfindən təqdim olunan məruzələr, aparılan geniş müzakirələr, səsləndirilən dəyərli fikirlər və mühüm təkliflərlə yadda qalıb: “İnanırıq ki, uğurla başa çatan tədbir gələcəkdə türkologiya istiqamətində yeni elmi problemlərin müəyyənləşdirilməsinə, multidisiplinar tədqiqatların aparılmasına və Türk dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə təkan verəcək. Ölkəmizin Türk dünyasına inteqrasiyası istiqamətində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün yeni perspektivlər açacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri